Əməkdar artist qəzaya düşdü - FOTO

Əməkdar artist qəzaya düşdü - FOTO
  • Olay

  • Xalq artisti Zeynəb Xanlarovanın qardaşı qızı, əməkdar artist Mehriban Xanlarova qəzaya düşüb.

    Asiya.az-ın məlumatına görə, qəza Qaradağ rayonunun Səngəçal qəsəbəsində baş verib. Aktrisanın ayağı əzilib.

    Səhiyyə Nazirliyinin mətbuat katibi Pərviz Abubəkirov bildirib ki, aktrisa ilə birgə yanındakı qadın da xəsarət alıb. Ona kəllə-beyn travması diaqnozu qoyulub. Yaralılar Klinik Tibbi Mərkəzə gətiriliblər. Heç birinin həyatı üçün təhlükə yoxdur.

    M.Xanlarova yardım göstəriləndən sonra evə buraxılıb.

    Qəzanın necə baş verdiyi bəlli deyil.



    Əməkdar artist qəzaya düşdü - FOTO
    PAYLAŞ:

    Oxşar xəbərlər