Hacıbala Abutalıbovun cinayət tərkibli əməllərinin, rüşvət faktlarının, qeyri-qanuni özlləşdirmənin üstü açılmaqdadır -FOTO

Hacıbala Abutalıbovun cinayət tərkibli əməllərinin, rüşvət faktlarının, qeyri-qanuni özlləşdirmənin üstü açılmaqdadır -FOTO
  • Araşdırma / Cəmiyyət / Manşet

  • Hazırda baş nazirin müavini işləyən sabiq Bakı merinin çoxlu sayda obyekti gizli şəkildə özəlləşdirdiyi deyilir

    Son günlər hakimiyyətdə təmsil olunan və ya vaxtıyla təmsil olunmuş məmurlarla bağlı olduqca maraqlı məlumatlar yayılmaqdadır. Bu məlumatlar əsasən, sənədlərlə təsdiqlənmiş formada və həmin məmurların sərvətlərinin həcmini ehtiva edir. Xüsusən, xaricə daşınmış pullar hesabına qurulmuş böyük şirkətlər, sahib olduqları zavod və fabriklərlə bağlı yayılan çeşidli məlumatlar milyardlarla pulun ölkədən çıxarılmasını təsdiqləyir.

    Asiya.az xəbər verir ki, bir neçə gündür gündəmə gələn belə məsələlərdən biri də sabiq Bakı meri, hazırda baş nazirin müavini postunu tutan Hacıbala Abutalıbovla bağlıdır. Xeberman.com saytının bununla bağlı apardığı araşdırmada qeyd olunur ki, baş nazirin müavini hələ Bakı İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışarkən dövlət əhəmiyyətli binaları öz qohumlarının adına qeyri-qanuni özəlləşdirib. Bundan əlavə, sabiq mer sahibkarların mülklərinin əlindən alması və İcra Hakimiyyətinin tikinti işlərini görən fəhlələrin məvacibini veməməsini də reallaşdırıb.

    Sözügedən sayt yazır ki, Bakı şəhəri, Xətai rayonu, General Şıxlınski küçəsi 95A saylı 14 mərtəbəli bina Azərbaycan Respublikasının Prezdenti İlham Əliyevin Sərəncamı əsasında hərbi qulluqçular üçün inşa edilib. “Həmin binanın 1-ci mərtəbəsində və yarım zirzəmisində hərbi qulluqçulara müxtəlif mərasim məclisləri üçün nəzərdə tutulan 609.7 kv.m sahə mövcud idi. Hacıbala Abutalıbov vəzifəsindən sui-istifadə edərək,həmin binanın 1-ci mərtəbəsi və yarımzirzəmisində yerləşən 609.7 kv.m-lik sahəni əvvəlcə "Klassik-Şəms" MMC adına özəlləşdirərək, daha sonra isə MMC-nin rəhbərliyinin xəbəri olmadan, öz yaxın qohumunun adına rəsmiləşdirib”.

    Xeberman.com daha sonra yazır ki, analoji durum Bakı şəhəri, Nəsimi rayonu, Füzuli küçəsi 39 saylı binada (sürüşdürümüş bina) da baş verib. Belə ki, binanın birinci mərtəbəsi "Klassik-Şəms şirkətinin adına özəlləşdirilib və daha sonra yaxın qohumunun adına rəsmiləşdirib. “Qeyd edək ki, həmin yer vaxtıyla kitabxana olub. Qanuna əsasən kitabxananın ləğv edilməsi Mədəniyyət və Turizm Nazirliyinin səlahiyyətindədir. Lakin ortada belə bir sənəd yoxdur”.

    Saytın yazdığına görə, özəlləşdirilmiş həmin əmlakın yerləşdiyi bina tarixi memarlıq abidəsi olaraq qeydiyyatdadır. Üstəlik, həmin binanın bir qədər geriyə sürüşdürülməsi, təmiri, yenidənqurulmasında iştirak edən fəhlədən tutmuş mühəndisinə qədər heç birinin haqqı ödənilməyib. “Hətta istifadə olunmuş alətlərin və tikinti materiallarının da pulu verilməyib. Həmin vaxt usta və fəhlələri təmir işləri başa çatdırıldıqdan sonra Hacıbala Abutalıbov ərazini təcili boşaltdırıb ki, hansısa xanıma hədiyyə olunacaq”.

    Asiya.az Xeberman.com-a istinadən xəbər verir ki, Hacıbala Abutalıbovun bir əməliyyatı da Füzuli və Mirzəağa Əliyev küçələrinin arasındakı inşa edilmiş yeraltı avtomobil dayanacağı və “Qış Park”ı ərazisində olub. “Məlum olduğu kimi, həmin park Abutalıbovun 24.02.2014-cil ildə 71 saylı Sərəncama əsasən dövlət qəbulu komissiyası ilə istismara qəbul edilib. Lakin bir il əvvəl, yəni, 21.06 2013-ci ildə BŞİH-nin 241 saylı sərəncamı ilə ərazidə "AY-1" MMC-yə, guya, öz vəsaiti hesabına 3 ədəd ictimai iaşə obyektinin tikilməsi üçün Sərəncam verib. Maraqlıdır ki, bu park bütünlüklə dövlət hesabına tikilib. Amma Hacıbala Abutalıbov öncədən öz yaxın qohumunun adına yaratdığı MMC-yə bu ictimai iaşə obyektlərini, guya, öz vəsaitləri hesabına tikəcəklərinə sərəncam verib”.

    Qeyd edilir ki, keçmiş mer həmin obyektləri özü üçün nəzərədə tutub və öz yaxın qohumlarının adına rəsmiləşdirib. “Aparılan işlər mütəxəsislər tərəfindən araşdırılsa, "Palid", "İnnabi" və "Zanbaq" kafeləri həqiqətən konstruktiv olaraq avtomobil dayanacağı və “Qış Park”nın bir hissəsi olaraq təsdiqini tapacaq. Çünki həmin ictimai iaşə obyektlərinin bütün komunikasiya işləri avtomobil dayanacağı və park kompleksi ilə birgədir, onlara eyni xidmət olunur”.

    Xeberman.com araşdırmasında daha bir iddia ilə çıxış edib. Həmin iddiasına görə, Hacıbala Abutalıbovun bütün obyektlərini onun xaricdə yaşayan, vəhhabi cərəyanının üzvü olan oğlunun ixtiyarındadır. “Həmin obyektləri Abutalıbovun vəhhabi dostları işlədir. Bununla da onlara yeni qazanc mənbələri yaradır”.

    Bildirək ki, yazıda adları keçən şəxs və qurumların da mövqeyini dərc etməyə hazırıq.

    Hacıbala Abutalıbovun cinayət tərkibli əməllərinin, rüşvət faktlarının, qeyri-qanuni özlləşdirmənin üstü açılmaqdadır -FOTO
    Hacıbala Abutalıbovun cinayət tərkibli əməllərinin, rüşvət faktlarının, qeyri-qanuni özlləşdirmənin üstü açılmaqdadır -FOTO
    Hacıbala Abutalıbovun cinayət tərkibli əməllərinin, rüşvət faktlarının, qeyri-qanuni özlləşdirmənin üstü açılmaqdadır -FOTO
    Hacıbala Abutalıbovun cinayət tərkibli əməllərinin, rüşvət faktlarının, qeyri-qanuni özlləşdirmənin üstü açılmaqdadır -FOTO
    Hacıbala Abutalıbovun cinayət tərkibli əməllərinin, rüşvət faktlarının, qeyri-qanuni özlləşdirmənin üstü açılmaqdadır -FOTO
    PAYLAŞ:

    Oxşar xəbərlər