Fizuli Məmmədov Rusiya Azərbaycanlılarının İttifaqını yaratdı

Fizuli Məmmədov Rusiya Azərbaycanlılarının İttifaqını yaratdı
  • Siyasət / Manşet

  • Dünya Azərbaycanlıları Mədəniyyət Fondunun təşkilatçılığı ilə Moskvada Rusiya Azərbaycanlılarının I Forumu və Rusiya Azərbaycanlıları İttifaqının Təsis Konfransı keçirilib.

    Təsis Konfransına Rusiya Federasiyasının 56 regionunu təmsil edən diaspor qurumlarının təmsilçiləri qatılıb. Növbəti addımlarla bağlı qərarlar qəbul olunub, birlik nümayiş etdirilib.

    Müzakirələrdə Rusiya Azərbaycanlıları İttifaqının prezidentliyinə Dünya Azərbaycanlıları İttifaqının və Dünya Azərbaycanlıları Mədəniyyət Fondunun prezidenti Fizuli Məmmədovun namizədliyi irəli sürülüb. Təklif yekdilliklə qəbul olunub.

    Minval.info
    PAYLAŞ:

    Oxşar xəbərlər