“Formula-1” SOCAR Azərbaycan Qran Prisinin qalibi bəlli oldu - YENİLƏNİB

“Formula-1” SOCAR Azərbaycan Qran Prisinin qalibi bəlli oldu - YENİLƏNİB
  • Manşet / İdman

  • “Formula-1” SOCAR Azərbaycan Qran Prisində qaliblər müəyyənləşib.

    Asiya.az xəbər verir ki, 51 dövrəli yarışın qalibi adını finlandiyalı Valteri Bottas (“Mercedes”) qazanıb.

    İkinci yeri britaniyalı Luis Hamilton (“Mercedes”), üçüncü yeri isə almaniyalı Zebastian Fetel (“Ferrari”) tutub.

    Günün sürücüsü isə “Ferrari”nin monakolu pilotu Şarl Lekler seçilib.



    17.25

    “Formula-1” SOCAR Azərbaycan Qran Prisinin əsas yarış günündə daha iki pilot mübarizəni dayandırıb.

    Asiya.az xəbər verir ki, bunlar fransalı pilotlar – Pyer Qasli (“Red Bull”) və Romen Qrojandır (“Haas”).

    Qeyd edək ki, daha əvvəl Daniel Rikkardo (“Red Bull”) və Daniel Kvyat (“Toro Rosso”) toqquşaraq mübarizəni dayandırıb. Hazırda 16 pilot yarışı davam etdirir. Valteri Botas (“Mercedes”) yarışa başçılıq edir.

    17.25

    “Formula-1” SOCAR Azərbaycan Qran Prisinin əsas yarış günündə ilk qəza baş verib.

    Asiya.az xəbər verir ki, Daniel Rikkardo (“Red Bull”) və Daniel Kvyatın (“Toro Rosso”) idarə etdiyi bolidlər toqquşub.

    Nəticədə Rikkardo ötən il olduğu kimi mübarizəni erkən başa vurub. Kvyatın bolidi də düzəldilə bilmədiyi üçün rus pilot mübarizəni dayandırıb.
    Səbuhi MUSAYEV
    PAYLAŞ:

    Oxşar xəbərlər