Xalq artisti məhkəmədə dindirildi: Deputatın 4 milyonluq əmlakı niyə onun adına keçirilib…

Xalq artisti məhkəmədə dindirildi: Deputatın 4 milyonluq əmlakı niyə onun adına keçirilib…
  • Cəmiyyət

  • Xalq artisti, müğənni Gülyaz Məmmədova Bakı Hərbi Məhkəməsində dindirilib. O, ötən ilin aprelində Türkiyədə tutularaq Azərbaycana təhvil verilən keçmiş deputat, “Quska” ləqəbilə tanınan Hüseyn Abdullayevin məhkəməsində şahid kimi ifadə verib.

    Asiya.az xəbər verir ki, Üzeyir Hacıbəyov küçəsində – Hökumət evinin arxasında yerləşən və H.Abdullayevin atasının adına olan 786 kvadrat metrlik obyekt əvvəlcə üç nəfərin adına alınıb. Daha sonra deputat Cavanşir Feyziyevin oğlu Orxan Feyziyevin mülkiyyətinə keçirilib. Həmin üç nəfərdən biri də müğənni Gülyaz Məmmədova olub.

    Məhkəmədə şahid qismində dindirilən G.Məmmədova deyib ki, deputat Feyziyevlə qohumdular. Xalq artisti deputatla konkret hansı formada qohum olduqlarını deməyib. Amma bildirib ki, əmlakın onun adına alınması C.Feyziyevin istəyi olub, o da etiraz etməyib.

    Sözügedən əmlaka gəlincə, G.Məmmədova deyir ki, heç onun harada yerləşdiyini bilmir. Yəni onun adına olan alqı-satqı formal olub.

    H.Abdullayevin anası Zeynəb Abdullayeva məhkəmədə deyib ki, Hökumət evinin arxasında yerləşən obyekt 4 milyon manata satılıb.

    G.Məmmədova “Qafqazinfo”ya açıqlamasında isə deputat Cavanşir Feyziyevin əmisi oğlu olduğunu bildirmişdi.

    C.Feyziyev dərman və başqa əczaçılıq vasitələrinin satışı, təminatı ilə məşğul olan “Avromed” şirkətinin təsisçisi olub, şirkəti də özü idarə edib. Özünün bildirdiyinə görə, 2015-ci ildə təsisçilikdən və səhmlərindən imtina edib.
    PAYLAŞ:

    Oxşar xəbərlər