Prezidentin qardaşı haqqında həbs qərarı çıxarıldı

Prezidentin qardaşı haqqında həbs qərarı çıxarıldı
  • Dünya

  • İran prezidenti Həsən Ruhaninin qardaşı və prezidentin xüsusi köməkçisi Hüseyn Firudin haqqında həbs qərarı çıxarılıb.

    Asiya.az xəbər verir ki, bunu dövlət işçilərinin məhkəmə idarəsinin başçısı seyid Həmidrza Hüsreyni deyib.

    Onun sözlərinə görə, məhkəmə H.Firudin haqqında olan ittihamların bəzisi haqqında bəraət qərarı çıxarıb, bəzi ittihamlarla əlaqədar isə həbs qərarı qəbul edib.

    H.Hüseyni deyib ki, qərardan apelyasiya şikayəti verilə bilər. Bu baxımdan həbs qərarı ilə bağlı detalları açıqlaya bilmərəm.

    O deyib ki, H.Firudin haqqında digər istintaq işləri də var ki, hələlik məhkəməyə göndərilməyib.

    H.Firudinin hansı ittihama əsasən həbsxanaya salındığı açıqlanmır.

    Bundan əvvəl onun adı rəsmilərlə əlaqəli olan dövlət sığorta şirkəti müdirlərinin şişirdilmiş maaş cədvəli qalmaqalında çəkilmişdi.

    H.Firudin həmçinin iki bank direktorunun təyinatına təsir göstərməkdə və bir sıra "geniş korrupsiya qalmaqalları" ilə bağlı ittiham olunur.

    H.Firudin qanunsuz hərəkətlərə yol verdiyi barədə ittihamları həmişə rədd edib.
    PAYLAŞ:

    Oxşar xəbərlər