Azərbaycanda kartlardan pul oğurlayan şəxslər yaxalandı - VİDEO

Azərbaycanda kartlardan pul oğurlayan şəxslər yaxalandı - VİDEO
  • Hadisə / Asiya TV

  • Əmək haqqı kartından oğurluq edən şəxslər saxlanılıb.

    Rayon sakini Rövşən Süleymanov Bərdə Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək ona məxsus əmək haqqı kartından pulunun oğurlanması barədə məlumat verib.

    Məlumatla əlaqədar polis əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Tərtər rayon sakinləri Vüsal Məmmədov və Əli Əlisoy saxlanılıb. Məlum olub ki, Vüsal Məmmədov bankomatlardan pul çəkən insanlara yaxınlaşaraq kartlara baxmaq adı ilə sahibindən alaraq kartın üstündə olan 16 rəqəmdən 8-ni yadında saxlayırmış. Sonradan həmin rəqəmlərdən istifadə edərək kartın sahibi kimi qeydiyyat etdirib içində olan pulları şəxsi hesabına yönləndirirmiş. Bu proseslərdə dostu Əli də ona kömək edib.

    Onlar bu yolla bir neçə min manat pul əldə ediblər.

    Faktla bağlı Bərdə Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət şi başlanılıb, əməliyyat-axtarış və istintaq tədbirləri davam etdirilir.

    Asiya.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

    PAYLAŞ:

    Oxşar xəbərlər