İranda bu idarələrdə iftar mərasimi qadağan edildi

İranda bu idarələrdə iftar mərasimi qadağan edildi
  • Dünya

  • İranın sənaye, mədən və ticarət naziri Rza Rəhmani nazirliyin tabeliyində olan şirkətlər, idarələr və müəssisələr tərəfindən istənilən iftar mərasimlərinin keçirilməsini qadağan edib.

    Asiya.az Trend-ə istinadən xəbər verir ki, nazir qadağanın səbəbini maliyyə ehtiyatlarında qənaət və qeyri-zəruri xərclərin qarşısının alınması ilə əlaqələndirib.

    Qeyd edək ki, İranın dini liderinin informasiya portalının yaydığı məlumata görə, bu ölkədə Ramazan ayı bu gündən başlanır.
    PAYLAŞ:

    Oxşar xəbərlər