İmamoğlu tərəfdarları qarşısında: “Tam bir komediya” – VİDEO

İmamoğlu tərəfdarları qarşısında: “Tam bir komediya” – VİDEO
  • Dünya / Manşet / Asiya TV

  • Türkiyə Mərkəzi Seçki Komissiyasının (YSK) İstanbul Bələdiyyə başqanlığı seçkilərinin nəticələrini ləğv etməsi ölkədə xeyli etiraz doğurub.

    Müxtəlif ictimai adamlar sosial şəbəkələrdə narazılığını bildirir. Əsas diqqət isə seçkinin qalibi olmuş Cümhuriyyət Xalq Partiyasının (CHP) namizədi Əkrəm İmamoğluna yönəlib.

    Bizimyol.info xəbər verir ki, İmamoğlu YSK-nın qərarından dərhal sonra seçicilərin qarşısına çıxıb. O, seçki komissiyasını çox qınadığını bildirib: “Biz bu seçkini milyonlarla insanın alın təri ilə qazanmışıq. Əməyimizi oğurlamağa çalışırlar”.

    İmamoğlu 31 mart seçkisində çox çətin şərtlər altında qələbə qazandığını xatırladıb: “Bəlkə də yüz ilin media rəzilliyini gördük. “Anadolu” agentliyi 12 saat nəticələri açıqlamadı. Agentliyi öz maraqları üçün istifadə etdilər. Gecə çıxıb açıqlama verdilər ki, 3 min səs fərqi ilə qələbə qazanmışıq. Tam bir komediya”.

    CHP-nin namizədi bundan sonra çox maraqlı məqama toxunub: “Komissiya üzvlərə etiraza görə seçkinin nəticələrini ləğv edir. Əfəndim, eyni seçki komissiya üzvləri ilə keçən il prezident seçilib. Eyni adamlarla referendum keçirib, konstitusiya dəyişdirilib. O zaman həmin seçkilərin nəticələri də şübhəlidir”.

    İmamoğlu YSK-nın qərarı ilə heç bir halda razılaşmadığını, düzgün yolla seçildiyini söyləyib: “Seçkidə qələbəmin anamın ağ südü qədər halal olduğunu bilirəm. Bu millət bizi seçib. Biz geri çəkilməyəcəyik. Ümidinizi itirməyin. Bizə güvənin. Hər anımı sizinlə bölüşəcəm”.

    İmamoğlu hamını etiraza çağırıb. Onun fikrincə, münaqişəyə girmədən hər kəs narazılığını ifadə etməlidir: “Hamı danışmalıdır. Sənətçinin, iş adamının danışması vaxtıdır”.


    PAYLAŞ:

    Oxşar xəbərlər