Sabina Perfumery & Cosmetics vaxtı keçmiş mallarını alıcılara hədiyyə kimi verir-ŞİKAYƏT(FOTO)

Sabina Perfumery & Cosmetics vaxtı keçmiş mallarını alıcılara hədiyyə kimi verir-ŞİKAYƏT(FOTO)
  • Sosial / Araşdırma / Manşet

  • "Bakinka Aliyeva" adlı "facebook" istifadəçisi şəxsi səhifəsində etdiyi paylaşımda Sabina Perfumery & Cosmetics şirkəti ilə bağlı ittiham səsləndirib. Paylaşım çoxsaylı feysbuk istifaədçiləri tərəfindən müzakirə olunub və əksəriyyət də şərhlərində Sabina Perfumery & Cosmetics haqda tənqidi fikirlər bildiriblər.

    Asiya.az xəbər verir ki, İstifadəçilər paylaşımın haqlı olduğunu, bəziləri isə adıçəkilən şirkətin məhsullarını alarkən oxşar hallarla rastlaşdığını yazıblar. Bir çoxları Sabina Perfumery & Cosmetics-in istehlakçıları aldatdığını və mallarını alıcılara sırıdığını bildiriblər. Şərh yazanlar arasında məhsulu qaytarmağı məsləhəT verənlər və bu şirkətin məhsullarını almamağı tövsiyyə edənlər də olub.

    Şikayətçinin yazdığı statusu və paylaşdığı şəkilləri olduğu kimi təqdim edirik:

    “Mənim şikayətim Sabina Perfumery & Cosmetics şirkətindəndir. 5-ci gun Sabina Perfumery & Cosmetics-in dükanından alış-veriş etdim. Kassada mənə kremi hədiyyə kimi verdilər. Məlum oldu ki, kremdən son istifadə tarixi keçib. Vaxti kecmiş mallarını tullamağa deyəsən heyifləri gəlir deyə camaata hədiyyə kimi verirler. Ayıb olsun”.


    Sabina Perfumery & Cosmetics vaxtı keçmiş mallarını alıcılara hədiyyə kimi verir-ŞİKAYƏT(FOTO)
    Sabina Perfumery & Cosmetics vaxtı keçmiş mallarını alıcılara hədiyyə kimi verir-ŞİKAYƏT(FOTO)
    Sabina Perfumery & Cosmetics vaxtı keçmiş mallarını alıcılara hədiyyə kimi verir-ŞİKAYƏT(FOTO)
    PAYLAŞ:

    Oxşar xəbərlər