Əhəd Abıyev Alunitdağ qəsəbəsində səyyar qəbul keçirdi - FOTOLAR

Əhəd Abıyev Alunitdağ qəsəbəsində səyyar qəbul keçirdi - FOTOLAR
  • Sosial

  • Mayın 8-də Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev rayonun Alunitdağ qəsəbəsində sakinlərlə növbəti səyyar görüş keçirib.

    Rayonun aidiyyəti idarə, müəssisə və təşkilat rəhbərlərinin iştirakı ilə keçirilən görüşdə ötən ildə qazanılmış uğur və nailiyyətlərdən, həyata keçirilən layihələrdən, eləcə də qarşıda duran vəzifələrdən danışılıb. Qeyd olunan uğur və nailiyyətlərlə yanaşı, sakinləri narahat edən məsələlər və qayğılar da dinlənilib.

    Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev sakinlərlə görüşdə sakinlərin diqqətinə çatdırıb ki, bu gün respublikamızın bütün bölgələri günü-gündən inkişaf edir, abadlaşır, müasir görkəm alır. Səyyar qəbulların qrafikinə uyğun olaraq sizinlə görüşə gəlmişik. Hər bir görüşdə olduğu kimi, bugünkü görüşün də əsas məqsədi siz sakinləri narahat edən məsələləri öz dilinizdən eşitmək və həlli istiqamətində əməli işlər görməkdir. Həlli mümkün olan məsələləri operativ şəkildə yerindəcə həll etmək, ehtiyac olduğu halda isə aidiyyəti təşkilatlar qarşısında məsələ qaldırmaqdır.

    Əhəd Abıyev xüsusilə vurğulayıb ki, ölkə başçısı cənab İlham Əliyevin siyasətinin təməlində xalqa xidmət dayanır. Biz də öz işlərimizi həmin təməl üzərində quraraq uğurla həyata keçiririk. Alunitdağ qəsəbəsində keçirilən bugünkü görüş də bunun bariz nümunəsidir.

    Şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə göstərilən diqqət və qayğıdan söhbət açan rayon rəhbəri şəhidlərimizə, onların ailə üzvlərinə göstərilən qayğının bundan sonra da yüksək səviyyədə davam etdiriləcəyini bildirib.

    Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən imzalanan fərman və sərəncamlardan söz açan icra hakimiyyətinin başçısı qeyd edib ki, bu fərman və sərəncamların hər biri ölkə vətəndaşlarının sosial rifahının yaxşılaşdırılmasına xidmət göstərir.

    Əhəd Abıyev "Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə hazırlanmış Tədbirlər Planında rayonumuz üçün icrası nəzərdə tutulmuş məsələlərə də toxunub. O, qeyd edib ki, 2019–2023-cü illər ərzində Gəncə-Daşkəsən (27 km)-Quşçu-Çovdar-Çaykənd avtomobil yolunun yenidən qurulmasının, Daşkəsən, Quşçu və Quşçu körpüsü qəsəbələrinin qazlaşdırılmasının, Qaraqullar, Xoşbulaq, Qabaqtəpə, Bayan kənd, Daşkəsən şəhər N.Nərimanov adına 3 nömrəli və S.Vurğun adına 4 nömrəli tam orta məktəblərin əsaslı təmirinin, Zinzahal və Çanaqçı kəndlərində modul tipli tam orta məktəblərin tikintisinin hər birimiz tezliklə şahidi olacağıq.

    Bu gün Daşkəsən Rayon İcra Hakimiyyəti tərəfindən 220 nəfər işsiz, xüsusilə əmək qabiliyyətli ünvanlı sosial yardım alan, habelə sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslər özünüməşğulluq proqramına cəlb olunmuşdur. Həmin işlərdə çalışan rayon sakinləri həm ərazidə aparılan abadlıq və yaşıllaşdırma işlərinə, həm də işlə təmin olunmalarına görə ölkə başçısına minnətdarlıq edirlər.

    İcra Hakimiyyətinin başçısı uzun illərdən bəri həlli vacib olan rayonun su-kanalizasiya sisteminin çəkilişindən də danışıb. Qeyd edib ki, artıq bu məsələ də tam öz həllini tapıb və çəkilişlər davam edir.

    Sakinlərdən Alunitdağ qəsəbə R.Qafarov adına tam orta məktəbin direktoru Nazxanım Efendiyeva, məktəbin müəllimləri çıxış edərək dövlət başçısı cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən ölkə vətəndaşlarına göstərilən diqqət və qayğını yüksək qiymətləndirdiklərini bildiriblər. Respublikamızda görülən genişmiqyaslı işlərə görə Prezident cənab İlham Əliyevə bütün qəsəbə sakinləri adından dərin minnətdarlıqlarını ifadə ediblər.

    Daha sonra Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev sakinlərin müraciətlərini dinləyib.

    Qəsəbə sakinlərinin müraciətləri qəsəbədaxili avtomobil yolunun təmiri, yararsız elektrik dirəklərinin dəyişdirilməsi və digər şəxsi məsələlərlə bağlı olub.

    Hər bir sakinin probleminə diqqətlə yanaşan Əhəd Abıyev vətəndaşların müraciətlərinin araşdırılması və qaldırılan məsələlərin qanunvericiliyin tələblərinə uyğun olaraq həllinə dair aidiyyəti qurumların rəhbərlərinə tapşırıqlar verib. Qaldırılan məsələlərin bir qismi yerində həll edilib.

    Sakinlər yerlərdə müraciətlərə baxılması üçün yaradılan şəraitdən razılıq edərək göstərdiyi diqqət və qayğıya görə möhtərəm Prezident cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildiriblər.

    Səyyar qəbulun sonunda Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev Təhsil Nazirliyinin ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə təşkil etdiyi “Ən yaxşı təqdimat” müsabiqəsinin qalibi olmuş Alunitdağ qəsəbə R.Qafarov adına tam orta məktəbin 11-ci sinif şagirdi Əliyeva Aysel Vüsal qızına Təhsil naziri hörmətli Ceyhun Bayramovun imzası ilə verilmiş Tərifnaməni təqdim edib, ona gələcək təhsilində daha böyük nailiyyətlər arzulayıb.

    Elmar VÜQARLI Azərbaycan Yazıçılar Birliyinin üzvü


    Əhəd Abıyev Alunitdağ qəsəbəsində səyyar qəbul keçirdi - FOTOLAR
    Əhəd Abıyev Alunitdağ qəsəbəsində səyyar qəbul keçirdi - FOTOLAR
    Əhəd Abıyev Alunitdağ qəsəbəsində səyyar qəbul keçirdi - FOTOLAR
    Əhəd Abıyev Alunitdağ qəsəbəsində səyyar qəbul keçirdi - FOTOLAR
    Əhəd Abıyev Alunitdağ qəsəbəsində səyyar qəbul keçirdi - FOTOLAR
    PAYLAŞ:

    Oxşar xəbərlər