Ucarda yol qəzası baş verib, ölən var

Ucarda yol qəzası baş verib, ölən var
  • Olay

  • Ucar rayonunda yol qəzası baş verib.

    Asiya.az "Report"un Şirvan bürosunun məlumatına əsasən xəbər verir ki, hadisə Bakı-Qazax avtomobil yolunun 262-ci kilometrliyində, rayonun Qazıqumlaq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

    Belə ki, "QAZ-66" markalı kranla "Ford Transit" markalı yük maşını toqquşub. Nəticədə 1 nəfər ölüb. Hazırda ölən şəxsin kimliyi dəqiqləşdirilir.

    Faktla bağlı araşdırma aparılır.
    PAYLAŞ:

    Oxşar xəbərlər