İftardan dərhal sonra cinsi əlaqəyə girmək olmaz - Həkimdən tövsiyələr

İftardan dərhal sonra cinsi əlaqəyə girmək olmaz - Həkimdən tövsiyələr
  • Maraqlı / Manşet

  • Cinsi Sağlamlıq İnstitutu dərnəyinin sədri Dr. Cem Keçe "Ramazan ayında intim münasibət necə olmalıdır?" suallarını cavablandırıb.

    Asiya.az haberler-ə istinadla bildirir ki, o, iftardan sonra cinsi istəyin artmasının normal olduğunu söyləyərək bununla bağlı bir neçə tövsiyə verib.

    Ramazan ayında cinsi əlaqə günahmış kimi düşünülür. Bu da cinsi əlaqə balansının pozulmasına gətirib çıxarır. Əslində isə belə deyil. Dini inanclarımıza görə, müsəlman iftardan imsaka qədər olan vaxt ərzində intim münasibətdə ola bilər. Amma iftardan dərhal sonra sekslə məşğul olmaq tövsiyə olunmur. Belə ki, bu, həm həzmsizliyə, həm də enerjisizliyə səbəb yaradır.

    Qeyd edək ki, sözügedən vaxt ərzində cinsi əlaqədə olan şəxs imsaka qədər qüsul alıb, sonra oruc tutmalıdır.
    PAYLAŞ:

    Oxşar xəbərlər