ETSN-in şöbə müdiri: "Gülüstan sarayının yanında yaşıllıq sahədə tikinti aparılması ilə bağlı məlumat araşdırılıb"

ETSN-in şöbə müdiri: Gülüstan sarayının yanında yaşıllıq sahədə tikinti aparılması ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə (ETSN) vətəndaşlardan daxil olan məlumat ETSN-in əməkdaşları tərəfindən araşdırılıb.

Bu barədə Ekoloji maarifləndirmə və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Səyyarə Məmmədova məlumat verib.

O bildirib ki, sözügedən ərazidə elektrik yarımstansiyası tikildiyindən və həmin yerdəki ağaclar tikinti altına düşdüyündən ağacların başqa əraziyə köçürülməsi işləri aparılır: "Tikinti başa çatdıqdan sonra həmin ərazidə Nazirliyin əməkdaşlarının nəzarəti ilə yeni ağacların əkilməsi təmin ediləcək. Yaşıllıqların qorunması ilə bağlı sayıqlıq göstərərək Nazirliyə müraciət etmiş ictimaiyyət nümayəndələrinə minnətdarlıq bildiririk".

Oxşar xəbərlər