Bu marşrutların hərəkət trayektoriyası dəyişdirilir - SİYAHI

Bu marşrutların hərəkət trayektoriyası dəyişdirilir - SİYAHI
  • Cəmiyyət

  • 10 may Ümummilli lider Heydər Əliyevin xatirəsinin yad edilməsi məqsədilə Parlament prospekti Fəxri Xiyaban istiqamətində, eləcə də digər ətraf küçə və prospektlərdə avtomobillərin hərəkətinə məhdudiyyət qoyulacaq.

    Bakı Nəqliyyat Agentliyindən Unikal.org-a verilən məlumata görə, bununla əlaqədar olaraq hərəkət məhdudlaşdırılan və istiqaməti dəyişdirilən küçə və prospektlərə daxil olan marşrutlar - 3,6,18,29,31,39,53,77,96, 205, 206 müntəzəm marşrut xətləri üzrə avtobusların hərəkət trayektoriyası da səhər saatlarından tədbir tam başa çatana qədər dəyişdiriləcək.

    Sərnişin avtobusları digər nəqliyyat vasitələrinin yönləndirildiyi alternativ küçə və prospektlərdən keçməklə hərəkət edəcək.
    PAYLAŞ:

    Oxşar xəbərlər