Finlandiyada Avropada münaqişə və böhranların nizamlanması məsələsi müzakirə ediləcək

Finlandiyada Avropada münaqişə və böhranların nizamlanması məsələsi müzakirə ediləcək
  • Dünya

  • Mayın 17-də Finlandiyanın paytaxtı Helsinki şəhərində Avropa Şurası Nazirlər Komitəsinin illik sessiyası keçiriləcək.

    Asiya.az istinadən "Report"un Fransa bürosundan xəbər verir ki, yığıncaqda Avropa Şurasının yaradılmasının 70 illiyi ərəfəsində təşkilatın gələcəyi ilə bağlı mühüm qərarların qəbul ediləcəyi, həmçinin bu gün üzləşdiyi mühüm problemlərin gündəmə gətiriləcəyi gözlənilir.

    Eyni zamanda sessiyada Avropa Şurasının Avropada münaqişə və böhranların nizamlanmasındakı roluna toxunulacaq. Bundan əlavə, Avropa Şurasının möhkəmləndirilməsi, Avropa İttifaqı ilə əməkdaşlığının genişləndirilməsi məsələləri də müzakirə olunacaq.

    Sonda Avropa Şurasının yaradılmasının 70 illiyi ilə bağlı böyük ziyafət veriləcək, ölkələr bir sıra konvensiyalara imza atacaqlar.
    PAYLAŞ:

    Oxşar xəbərlər