ABŞ Çin mallarına rüsumu artırdı

ABŞ Çin mallarına rüsumu artırdı
  • Dünya / Siyasət / İqtisadiyyat

  • ABŞ hökuməti mayın 10-dan etibarən təxminən 200 milyard dollar məbləğində Çin mallarına qarşı rüsumu iki dəfədən çox artırıb.

    Asiya.az “Röyters”ə istinadən verdiyi xəbərinə görə, idxal rüsumu 10%-dən 25%-ə qədər qaldırılıb.

    Rəsmi Pekin Vaşinqtonun bu addımına “dərindən təəssüfləndiyini” bildirib və bütün lazımi cavab tədbirlərinin görüləcəyini vəd edib.

    Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp mayın 5-də Çinlə aparılan ticari-iqtisadi danışıqların zəif getdiyini əsas gətirərək tariflərin mayın 10-da artırılacağını açıqlamışdı.
    PAYLAŞ:

    Oxşar xəbərlər