Böyük Dəbilqə turnirində ilk günün qalibləri müəyyənləşib

Böyük Dəbilqə turnirində ilk günün qalibləri müəyyənləşib
  • İdman

  • Heydər Əliyev adına İdman Sarayında keçirilən “Böyük dəbilqə” turnirində ilk günün qaliblərinin adına aydınlıq gəlib.

    Asiya.az xəbər verir ki, Azərbaycan cüdoçusu Nicat Şıxəlizadə yarışın gümüş medalını qazanıb. 66 kq çəki dərəcəsində mübarizə aparan idmançı finalda Moldova təmsilçisi Denis Vieru ilə görüşdən məğlub ayrılıb.

    İlk yarış günündə kişilər 60 kq və 66 kq, qadınlar isə 48 kq, 52 kq və 57 kiloqram çəkidə mübarizə aparıblar.

    Qadınların yarışında İspaniya təmsilçisi Laura Martinez (48 kq), fransalı Amadine Buçxard (52 kq) və Braziliya idmançısı Rafaela Silva (57 kq) qalib olub.

    Kişilərdən isə braziliyalı Felipe Kitadai (60 kq) və moldovalı Denis Vieru qızıl medal qazanıb.

    Qeyd edək ki, 56 ölkədən 431 cüdoçunun yarışdığı turnirə mayın 12-də yekun vurulacaq.

    Böyük Dəbilqə turnirində ilk günün qalibləri müəyyənləşib


    Böyük Dəbilqə turnirində ilk günün qalibləri müəyyənləşib


    Böyük Dəbilqə turnirində ilk günün qalibləri müəyyənləşib
    PAYLAŞ:

    Oxşar xəbərlər