Məşhur kinorejissor vəfat etdi

Məşhur kinorejissor vəfat etdi
  • Mədəniyyət

  • "Səs və qəzəb", "Ağ toy" filmləri ilə tanınan fransız kinorejissoru Jan-Klod Brisso mayın 11-də Parisdə 74 yaşında vəfat edib.

    Asiya.az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Monde qəzetinə rejissorun ailəsindən məlumat veriblər. France-Press agentliyi isə öz növbəsində kinematoqrafçının yaxınlarına istinadla onun uzun sürən xəstəlik nəticəsində xəstəxanada vəfat etdiyini bildirib.

    Brisso Kann kinofestivalının iki mükafatını alıb - 1988-ci ildə "Səs və qəzəb", 2003-cü ildə isə "Gizli ehtiras" filmlərinə görə xüsusi mükafatlara layiq görülüb.
    PAYLAŞ:

    Oxşar xəbərlər