ABŞ-ın Örvayn şəhərində mayın 28-i “Azərbaycan Milli Günü” elan edilib

ABŞ-ın Örvayn şəhərində mayın 28-i “Azərbaycan Milli Günü” elan edilib ABŞ-ın Kaliforniya ştatının Örvayn şəhəri 28 may tarixini “Azərbaycan Milli Günü” elan edib.

Asiya.az Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğundan verilən məlumata istinadən bildirir ki, bununla bağlı şəhər meri Kristina Shea (Christina Shea) tərəfindən müvafiq bəyannamə imzalanıb.

Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğuna göndərilən bəyannamədə azərbaycanlı-amerikalıların şəhərin sosial və iqtisadi həyatına əvəzolunmaz töhfələr verməkdə davam etdiyi bildirilib.

Bəyannamədə azərbaycanlı-amerikalıların güclü ailə bağları, ictimai dəstək və zəngin mədəni irsi vasitəsilə ABŞ-da daha da güclənərək inkişaf etdiyi qeyd olunub.

Sənəddə bütün dünyada yaşayan azərbaycanlıların 28 may tarixini Azərbaycanın Milli Günü kimi bayram etdiyi vurğulanaraq, Şəhər Şurasının Örvaynda yaşayan azərbaycanlı-amerikalı icmasının dəyərli töhfələrini təqdir etdiyi diqqətə çatdırılıb.

Bəyannamənin sonunda Örvayn Şəhər Şurası tərəfindən 28 may tarixi sözügedən şəhərdə “Azərbaycan Milli Günü” elan edilib.

Oxşar xəbərlər