Cəbhəyanı bölgələrdən olan uşaqlara psixoloji xidmət göstəriləcək

Cəbhəyanı bölgələrdən olan uşaqlara psixoloji xidmət göstəriləcək
  • Cəmiyyət

  • “Vətəndaş” Tədqiqat və İnkişaf İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Cəbhəyanı bölgələrdən olan uşaqlara psixoloji xidmətlərin təşkili” adlı layihənin icrasına başlayıb.
    Asiya.az bildirir ki, İctimai Birlikdən verilən məlumata görə, layihənin məqsədi işğal faktorundan əziyyət çəkən uşaqların həyatlarına müsbət dəyişiklik üçün onların psixoloji durumlarının yaxşılaşdırılmasına dəstək vermək və məsələnin ictimailəşdirilməsi üçün məlumatlandırma kampaniyasının aparılmasıdır. Bu məqsədlə Tərtər və Ağdamda yaşayan 50 uşaq üçün 3 ay müddətində psixoloji xidmət təşkil ediləcək, işğal faktorunun uşaqların həyatındakı neqativ dəyişiklikləri əks etdirən sosial çarx hazırlanacaq və Bakıda səfirliklərin, beynəlxalq təşkilatların, dövlət qurumlarının iştirakı ilə 1 günlük konfrans keçiriləcəkdir.
    “Vətəndaş” Tədqiqat və İnkişaf İctimai Birliyi həyata kecirdiyi layihələri ekspert rəyləri, araşdırma nəticələri və benefisiantların təklifləri əsasında formalaşdırır. Mövcud layihə təşkilatın Tərtər rayonunda həyata keçirdiyi tədbir zamanı icra strukturları və əhali tərəfindən qaldırılmış problemin həllinə dəstək üçün hazırlanıb. Layihənin əsas ictimai əhəmiyyətlərindən biri beynəlxalq təşkilat və qurumların diqqətinə işğal faktorunun uşaqların psixoloji durumuna vurduğu ziyanı catdırmaqdır. Eyni zamanda İctimai Birlik kölgədə qalan, lakin gələcəkdə böyük problemə səbəb olan bu məsələyə ictimayyətin və müvafiq qurumların diqqətini cəlb etmək və orda yaşayan əhaliyə daimi psixoloji yardım xidmətinin yaradılmasına calışaq.
    PAYLAŞ:

    Oxşar xəbərlər