Niyam Salami şəxsi həyatı ilə bağlı bəzi gizli məqamlardan danışıb.

Niyam Salami şəxsi həyatı ilə bağlı bəzi gizli məqamlardan danışıb.
  • Mədəniyyət

  • Müğənni "Ay Zaur" verilişində ilk dəfə boşanma səbəbini açıqlayıb.

    Asiya.az Niyam Salaminin həmin fikirlərini diqqətə catdırır: "Bir dəfə nişanlı, bir dəfə də evli olmuşam. Nişanlımla aramızda problem ev üstə oldu. O vaxtı evim yox idi, o istəyirdi ki, onlarda qalaq, mən buna razılaşmadım. Mən evlənəndə öz evimdə yaşamaq istəyirdim. Belə aramızda problemlər artdı və yollarımız ayrıldı. Amma indi Allaha şükür evim var. Daha sonra anam 1 ay müddətində tez-bazar məni evləndirdi. O da yaxın qohumum idi, razılaşıb ayrıldıq. Ayrısaq belə, mehriban münasibətimiz var, ona bir şey edənin, başını yararam."

    Daha sonra aparıcı müğəninin keçmiş həyat yoldaşı ilə bağlı sujeti efirə vermək istəsə də, müğənni buna icazə verməyib. Amma Zaur keçmiş həyat yoldaşının Niyam haqda "Evə canyandıran deyildi. Öz aləmi var idi. İstədiyi vaxt gəlib, gedirdi" dediyini bildirib.

    Sonda Niyam Salaminin toyundan olan ekskuliziv fotolar yayımlanıb.


    Niyam Salami şəxsi həyatı ilə bağlı bəzi gizli məqamlardan danışıb.
    PAYLAŞ:

    Oxşar xəbərlər