Əfqanıstanda partlayışlar törədilib –Ölən və yaralananlar var

Əfqanıstanda partlayışlar törədilib –Ölən və yaralananlar var
  • Dünya

  • Əfqanıstanın şərqindəki Nanqarhar əyalətinin Cəlalabad şəhərində partlayışlar törədilib, azı 3 nəfər ölüb, 20-yə qədər yaralı var.

    Asiya.az Report-a istinadən xəbər verir ki, əyalət qubernatorunun sözçüsü Ətaullah Xoqyani tərəfindən verilən məlumata görə, şəhərin bazar meydanında baş verən partlayışlardan sonra bir neçə nəfər xəstəxanaya çatdırılıb.

    Pakistan sərhədinin yaxınlığında yerləşən Cəlalabadın 2015-ci ildən etibarən İŞİD-in başlıca dayaq mərkəzlərindən biri oduğu bildirilir.
    PAYLAŞ:

    Oxşar xəbərlər