Xamenei Vaşinqtona MEYDAN OXUDU

Xamenei Vaşinqtona MEYDAN OXUDU
  • Dünya / Manşet

  • İran nüvə sazişi haqqında ABŞ-la danışıqlar aparmayacaq.

    Asiya.az publika.az-a istinadən xəbər verir ki, bu haqda İranın ali lideri Əli Xamenei bildirib.

    "İranın ali lideri Xamenei bildirir ki, İran nüvə sazişi haqqında ABŞ-la danışıqlar aparmayacaq", - "Press TV" telekanalının tvitter səhifəsində dərc edilmiş xəbərində deyilir.

    Xamenei bildirib ki, Tehran Vaşinqtona müqavimət göstərməyə davam edəcək, amma müharibə olmayacaq.

    "ABŞ-ın müqaviməti İran millətinin qəti seçimidir. Nə Tehran, nə də Vaşinqton müharibə istəyir, hərbi toqquşma ABŞ-ın xeyrinə olmayacaq", - ali lider söyləyib.

    Xamenei həmçinin cari vəziyyəti iradənin toqquşması kimi təsvir edib. O, İranın daha güclü olacağını söyləyib.
    PAYLAŞ:

    Oxşar xəbərlər