Goranboyda kəpənəklər kütləvi şəkildə qırılır

Goranboyda kəpənəklər kütləvi şəkildə qırılır
  • Maraqlı

  • Goranboyda kəpənəklər kütləvi şəkildə qırılır.

    Asiya.az ONA-ya istinadən məlumat verir ki, son günlər ərzində rayon ərazisində nadir təsadüf olunan təbiət hadisəsi müşahidə olunur.

    Müxtəlif ölçülü bir və çox rəngli kəpənəklər kütləvi şəkildə məhv olur. Bu qəribə hal daha çox Bakı-Qazax magistralının rayon ərazisindən keçən hissəsində, xüsusilə də Nadirkənd ərazisində müşahidə olunur. Kəpənəklər havada vurnuxur, yerə çırpılır və ölür. Əksəriyyəti avtomobil yoluna və ətrafına düşür.

    Yerli sakinlər də bu hadisəyə ilk dəfə şahidi olduqlarını deyirlər. Bəzi şəxslər bunun ərazidə aparılan dərmanlama işləri ilə bağlı olduğunu ehtimal edir.
    PAYLAŞ:

    Oxşar xəbərlər