“Azərbaycan və Türkiyə ilə normal münasibət qurmadan Ermənistanı heç bir xoş gələcək gözləmir” - İqbal Ağazadə

“Azərbaycan və Türkiyə ilə normal münasibət qurmadan Ermənistanı heç bir xoş gələcək gözləmir” - İqbal Ağazadə “Bu gün Azərbaycan və Türkiyənin Ermənistanın sərhədlərini bağlaması, onu təcrid edib təhlükəsizliklərinə problemlər yaratmasının səbəbləri ilə bağlı suala ilk növbədə elə İrəvan özü cavab verməlidir. Ermənistanla sərhədlərin bağlanması, əlaqələrin kəsilməsinin səbəbi, bu ölkənin qonşularına qarşı ərazi iddiası və işğalçılıq siyasətidir”.

Asiya.az xəbər verir ki, bunu millət vəkili İqbal Məmmədov baş nazir Nikol Paşinyanın Pekində Asiya Sivilizasiyalarının Dialoqu konfransında Azərbaycan və Türkiyənin sərhədləri bağalayaraq, qapalı vəziyyətdə saxlaması ilə bağlı səsləndirdiyi fikirləri şərh edərkən deyib.

Onun sözlərinə görə, nə qədər ki, Ermənistan işğalçılıq siyasətinə və qonşularına qarşı ərazi iddiasına son qoyub, işğal etdiyi Azərbaycan torpaqlarından çıxmayıb, sərhədlər açılmayacaq:

“Bu gün işğalçılıq siyasətindən əziyyət çəkən ilk ölkə elə Ermənistanın özüdür. Çünki onun işğalçılıq siyasətinə qarşı Azərbaycan təcrid siaysətini ortaya qoydu. Nəticədə Ermənistan nəinki bölgədən reallaşan irimiqyaslı, beynəlxalq əhəmiyyətli layihələrdən kənarda qaldı, eyni zamanda dünyanın sözün əsl mənasında xarici investorlar üçün əhəmiyyətsiz bir ölkəyə çevrildi. Ona görə də xarici investorlar bu ölkəyə ciddi sərmayə qoymadı. Hətta Ermənistana havadarlıq edən, onunla müttəfiq olan ölkələr belə bu ölkənin perspektivini görmədiyi üçün ora investisiya qoymadı. Onu üzləşdiyi təcrid vəziyyətindən çıxmasına yardım etmədi. Bunun əksi olaraq Azərbaycan bu gün Avrasiyanın nəinki enerji nəql edən ölkəsinə, eyni zamanda logistika mərkəzinə çevrildi. Prezident İlham Əliyevin uzaqgörən və müdrik siyasəti, qlobal çağırışlara zamanında reaksiya verməsi nəticəsində Azərbaycan dünya ölkələrinin əməkdaşlıq etmək baxımından ən cəlbedici ölkədir. Bu gün istənilən ölkə Ermənistandan fərqli olaraq Azərbaycanla əməkdaşlıqda maraqlıdır”.

O, əlavə edib ki, Prezident İlham Əliyevin düşünülmüş, qətiyyətli və cəsarətli siaysəti nəticəsində Azərbaycan Çinin reallaşdırmaq istədiyi “Bir kəmər, bir yol” layihəsinin əsas ötürücü ölkəsindən birinə çevrilib.

“Azərbaycan olmadan bu layihənin effekti aşağı düşür. Çünki Qərblə Şərqi birləşdirən ən qısa yol məhz Azərbaycandan keçir. Bu ancaq cənab İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində zamanında Azərbaycanda infrastruktura layihələri həyata keçirməsi nəticəsində mümkün olub. Ona görə də istər Şərq, istərsə də Qərb ölkələri Azərbaycanın Avrasiyasnın logistika qovşağına çevrilməsində və bu qovşaqdan mənzil başına vaxt itkisinə yol vermədən istifadə etməkdə maraqlıdırlar. Bax Ermənistanın işğalçılıq siyasətinə qarşı Azərbaycanın yürütdüyü təcrid siyasət nəticəsində bu layhədən də kənarda qalmış oldu. Əgər ermənilərin işğalçılıq siyasəti olmasaydı bu layihələrin böyük bir qismi Ermənistandan keçəcəkdi. Adı çəkilən layiəhlərin bir qisminin bu ölkədən keçməsi Ermənistanın inkişafı, əhalisinin sosial rifah halında yaşaması demək idi. Ancaq Ermənistanı idarə edən şəxslər özlərinin düşünülməmiş siaysəti nəticəsində özlərinə belə çıxılmaz duruma saldılar və nə qədər ki, işğal siyasətindən əl çəkməyib bu durumdan çıxması da mümkün deyil. Əksinə, Ermənistandakı böhran daha da dərinləşəcək. Ona görə də İrəvan bu işğalçılıq siaysətinə son verməlidir. Azərbaycan və Türkiyə ilə normal münasibət qurmadan Ermənistanı heç bir xoş gələcək gözləmir. Bunun isə bir şərt var, o da bundan ibarətdir ki, Ermənistan ərazi iddiasında əl çəkərə öz qoşunlarını işğal etdiyi ərazilərdən çıxarır. Qarabağ münaqişəsinin konstruktiv həlli istiqamətində real addımlar atır”,- deputat bildirib.
Mürtəza/Ölkə.az

Oxşar xəbərlər