İsraildə Azərbaycan bayrağına qarşı hörmətsizlik

İsraildə Azərbaycan bayrağına qarşı hörmətsizlik İsrailin paytaxtı Tel-Əvivdə keçirilən "Eurovision 2019" mahnı müsabiqəsində Azərbaycana qarşı hörmətsizlik olub.

Asiya.az xəbər verir ki, yarım finaldan sonra keçirilən mətbuat konfransında Azərbaycanın bayrağı tərs qoyulub.

Fakt sosial şəbəkədə etirazla qarşılanıb.

Qeyd edək ki, Azərbaycanı yarışda Çingiz Mustafayev "Truth" mahnısı ilə təmsil edir. O, finala vəsiqə qazanıb.

Oxşar xəbərlər