1,5 milyon dollara nə oxuyacaq?

1,5 milyon dollara nə oxuyacaq? Sabah dünyaca məşhur müğənni Madonna Təl-Əviv Expo Mərkəzinin səhnəsində çıxış edəcək.

Asiya.az xəbər verir ki, “Eurovision”un fəxri qonağı olan sənətçi final gecəsindəki repeturarını hazırlayıb.

Artıq İsraildə olan pop ulduz gecədə 1989-cu ildə hitə çevrilən “Like A Prayer” mahnısını səsləndirəcək. O, eyni zamanda repçi Quavo ilə birgə oxuduğu “Future” mahnısını da ifa edəcək. Bu məqamda qeyd edək ki, sözügedən mahnı Madonnanın sonuncu “Madame X” albomuna daxildir.

Qeyd edək ki, müğənni “Eurovision”da çıxışına görə 1, 5 milyon dollar qonorar alacaq.




Oxşar xəbərlər