Lerikdə Talassemiya və hemofiliya xəstəliyindən əziyyət çəkən uşaqlar üçün qanvermə aksiyası keçirildi

Lerikdə Talassemiya və hemofiliya xəstəliyindən əziyyət çəkən uşaqlar üçün qanvermə aksiyası keçirildi 17 may 2019-cu il tarixdə Lerik Rayon Mərkəzi Xəstəxanasında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təsdiq etdiyi "Hemofiliya və talassemiyadan əziyyət çəkən uşaqlara qayğı" Dövlət Proqramına uyğun olaraq Heydər Əliyev Fondunun təşəbbüsü, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin təşkilatçılığı və Lerik Rayon İcra Hakimiyyətinin dəstəyi ilə talassemiya və hemofiliya xəstəliyindən əziyyət çəkən xəstə uşaqlar üçün qanvermə aksiyası keçirildi.

Asiya.az xəbər verir ki, Rayon icra hakimiyyəti başçısı Rövşən Bağırov, aparatın məsul işçiləri, rayonun hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların kollektivləri, ictimaiyyətin nümayəndələri - gənclər və qadınlar böyük coşqu ilə könüllü olaraq qana ehtiyacı olan insanların köməyinə çatmaq üçün aksiyaya qoşulmuşdular.
Aksiyada ümumilikdə 700 nəfər rayon vətəndaşı iştirak edirdi. Bahadur Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun Mərkəzi Qan Bankı tərəfindən ezam olunmuş xüsusi tibb briqadasının həkim-hematoloqları tərəfindən hər bir donorun sağlamlığı öncədən yoxlanılır, onlardan qan analizi götürülərək sağlam olub-olmamaları müəyyənləşdirilirdi. Tibbi personalın yoxlamasından sonra tam sağlam olan 131 nəfər vətəndaşdan qan götürüldü. Yığılan qan ehtiyatı yoxlanılaraq talassemiya, hemofiliya və digər qan xəstəliklərindən əziyyət çəkənlər üçün istifadə olunacaqdır.

Aksiyada iştirak edənlər qan xəstəliklərindən əziyyət çəkən uşaqlar üçün könüllü qan verməyin xeyirxah və savab iş, belə aksiyalarda yaxından iştirak etməyin həm də vətəndaşlıq borcu olduğunu qeyd etdilər.

Lerikdə Talassemiya və hemofiliya xəstəliyindən əziyyət çəkən uşaqlar üçün qanvermə aksiyası keçirildi
Lerikdə Talassemiya və hemofiliya xəstəliyindən əziyyət çəkən uşaqlar üçün qanvermə aksiyası keçirildi
Lerikdə Talassemiya və hemofiliya xəstəliyindən əziyyət çəkən uşaqlar üçün qanvermə aksiyası keçirildi

Oxşar xəbərlər