Bakı möhtəşəm final ərəfəsində: paytaxtımız hansı rəngə boyanacaq? - VİDEO

Bakı möhtəşəm final ərəfəsində: paytaxtımız hansı rəngə boyanacaq? - VİDEO
  • İdman / Asiya TV

  • Mayın 29-da Bakıda UEFA Avropa Liqasının finalı keçiriləcək.

    Asiya.az Oxu.Az-a istinadən xəbər verir ki, finalda iki İngiltərə – London klubu üz-üzə gələcək.

    Bir sözlə, Bakıda “Arsenal” və “Çelsi”nin ifasında London derbisi izləmək şansı əldə edəcəyik.

    Oyuna maraq çox böyükdür. Azarkeşlər artıq indidən komandalarını dəstəkləmək üçün hazırlıqlar görürlər.

    Bu matça Azərbaycanda fəaliyyət göstərən iki klubun fanklubları da ciddi hazırlaşır. “Arsenal” azarkeşləri təkcə London deyil, Bakının da qırmızı rəngə boyanacağına əmindirlər.

    “Çelsi” azarkeşləri isə əksinə fikirləşirlər - “London yalnız göydür”.

    Baku TV-nin əməkdaşları “Arsenal” və “Çelsi”nin Bakı fanklublarının üzvləri ilə görüşüb, onlarla bağlı reportaj hazırlayıb.

    Qeyd edək ki, Bakı Olimpiya Stadionunda keçiriləcək qarşılaşmanın start fiti Bakı vaxtı ilə saat 23:00-da veriləcək.

    Oyunu başda Canluka Rokki olmaqla italiyalı hakimlər briqadası idarə edəcək.



    PAYLAŞ:

    Oxşar xəbərlər