Gülağa Tənhanın özəl günü (FOTOLAR)

Gülağa Tənhanın özəl günü (FOTOLAR)
  • Araşdırma / Cəmiyyət / Manşet

  • Bu gün, mesenat, alim, şair Gülağa Tənhanın 60 yaşı tamam olur.

    Gülağa Məmi oğlu Qəmbərov 20 may 1959-cu ildə Masallı rayonu, Ərkivan kəndi, Miyondi məhəlləsində anadan olub. 1967-1977-ci illərdə Ərkivan kənd orta məkətəbində təhsil alıb.

    Masallı rayonu Ərkivan kəndi (indi qəsəbədir) ərazisinə, əhali sayına eləcədə tanınmış ziyalılarına, alimlərinə görə respublikanın qabaqcıl kəndlərindən sayılır. Ərkivanın 13 məhəlləsi vardır ki, hər biri bir kənd böyüklüyündədir. Bu məhəllələrdən biri də ərazi baxımından kəndin mərkəzi hissəsində yerləşən Miyondi məhəlləsidir. Coğrafi adın tərkibindəki komponentlərdən olan "miyon” ("miyona”) talışca dairəvi, orta, mərkəz, "di” isə kənd deməkdir. 2000-ci illərdə bu məhəllə sürətlə abadlaşmağa, gözəlləşməyə başladı. Məhəllənin 1 kilometrlik ensiz küçəsi genişləndirildi, yola asvalt döşəndi, hər iki tərəfdən piyada səkiləri tikildi. Küçədə bu vaxta kimi görünməyən kanalizasiya qovşağı quruldu. Tarixi “Qoç qəbiristanlığı”-nda abadlıq işləri görüldü, ətraf hasarlandı. Ərkivan Boradigah yolunun üstündə Ərkivan şəhidlərinin xatirəsinə “Şəhidlər bulağı” adidə kompleksi tikildi. Məhəllənin girişində böyük həriflərlə, müasir formada “Miyondi məhəlləsi” yazıldı.

    Mən bu məhəllədən iki məhəllə aralı olan Abaslı məhəlləsində yaşayırdım və həmən vaxt şagird idim. Sadaladığım abadlıq işlərinin canlı şahidi olmuşam. O zaman bu işləri Moskvada yaşayan Miyondi məhəlləsindən olan bir iş adamının – Gülağa Qəmbərovun etdiyini söyləyirdilər. Deyilənə görə bütün bu işlər üçün o 1 milyon dollardan artıq pul xərcləmişdi. Günlərin bir günü görülən abadlıq işlərinin açılış mərasimi keçirildi. Nədənsə o zaman rayona rəhbərlik edən icra başçısının göstərişi ilə tədbirin keçirilməsinə müdaxilələr olunsa da bu vaxta kimi kənd də görünməyən çox böyük təmtaraqlı konsert tədbiri baş tutdu. Qonaqlar arasında Respublikanın xalq artistləri, tanınmış müğənnilərin var idi. Gülağa Qəmbərovu ilk və son dəfə elə orada gördüm. Bizim heç bir qohumluq əlaqəmiz yoxdur. Lakin bir eloğlu kimi hər zaman onun gördüyü xeyirxah işlərə sevinib, onunla fəxr etmişəm.

    2003-cü ildən etibarən Azərbaycanın sosial həyatında, ölkə mədəniyyətinin, elminin, təhsilinin, idmanının inkişafında xeyriyyə proqramlarını həyata keçirməklə adları çəkilən sahələrə böyük töhfələr vermişdir.
    Onun sonrakı xeyriyyəçilik layihələri daha geniş, daha möhtəşəm oldu. Belə ki, Masallı rayonu, Təzəkənd kəndində orta məktəb tikdirdi. Təhsilə xüsusi önəm verən mesenat, Bakı şəhəri, Şüvəlan qəsəbəsində müasir tipli internat məktəbi, Şamaxıda Çabanı kəndində isə yeni məktəb inşa etdirdi. Eyni zamanda Şamaxıda M.Ə.Sabirin məqbərəsini tikdirərək sabirsevərlərə və xalqımıza ərməğan etdi. Sonra bir neçə il fasilə yaranır...

    Amma yenidən, 2013-cü ilin noyabrında Masallı rayonunun Ərkivan qəsəbəsində möhtəşəm "Mərasim evi"ni tikdirib həmyerlilərinin ixtiyarına verməklə öz xeyirxahlıq missiyasını davam etdirir. Bu bəlkə də, bölgədə analoqu olmayan, müasirliklə qədimimliyin vəhdət təşkil etdiyi bir “Mərasim evidir”.
    Yuxarıda göstərdiyimiz xeyriyyəçilik nümunələri mesenatın üzdə olan işləridir. Amma onun yüzlərlə ictimaiyyətdən gizli qalan xeyirxah əməlləri də az deyildir. Kimsəsiz uşaqlara, idmançılara, imkansızlara, xəstəxanalara davamlı olaraq, yardımları olmuşdur və bu gün də davam edir. Mədəniyyət, incəsənət, ədəbiyyat sahələrinə, yazıçı və şairlərə daim xüsusi qayğı göstərməkdədir.
    Bu gün də çox sevdiyi vətənində xeyrxah işlərini davam etdirən Gülağa Tənha KİV tərəfindən daim maraqla izlənir.

    Gülağa Qəmbərov əmək fəaliyyətinə Moskva şəhərinin tikinti obyektlərində fəhlə kimi başlayıb, istehsalatdan ayrılmadan Moskva İnşaat Mühəndisləri İnstitutunu bitirib.
    SSRİ Ticarət Nazirliyinin Əsaslı Tikinti və Layihələşdirmə Baş İdarəsinin rəisi vəzifəsində işləyib. Tikintiyə aid iki monoqrafiya və 5 metodik vəsaitin müəllifidir. Beynəlxalq EKO Energetika Akademiyasının tikinti və memarlıq rektorudur. Əfqanıstan müharibəsi iştirakçısıdır. "Gülaga Qəmbərov Fondu”nun prezidentidir.

    Rəhbərlik etdiyi fond Azərbaycanda təhsilin, səhiyyənin, idmanın və mədəniyyətin inkişafı sahəsində çoxsaylı layihələr həyata keçirir, xeyriyyəçilik fəaliyyəti ilə məşğul olur.
    Respublikamızda idmanın inkişafına qayğı göstərən Gülağa Qəmbərovun ən böyük arzularından biri dünya şahmat tacının Azərbaycana gətirilməsidir. Gimnastikanın, badmintonun da inkişafına maraq göstərən Gülaga Qəmbərov özü qayıq idmanını xoşlayır.
    Gənc Gülağa, əmək fəaliyyətinə Moskva şəhərinin tikinti obyektlərindən birində fəhlə kimi başlayıb. Bu gün o, çoxsaylı kitabların müəllifi, sözlərinə mahnılar bəstələnmiş görkəmli şair, böyük uğurlar qazanmış iş adamıdır.

    “Asiya.az” xəbər portalı və şəxsən öz adımdan xeyriyyəçi, alim, şair, nəcib insani keyfiyyətlərə malik – Gülağa Tənhanı doğum günü münasibəti ilə təbrik edir, ömrünün uzun, canının sağlam olmasını arzu edirəm.
    Cəfər Cəfərov



    Gülağa Tənhanın özəl günü (FOTOLAR)
    Gülağa Tənhanın özəl günü (FOTOLAR)
    Gülağa Tənhanın özəl günü (FOTOLAR)
    Gülağa Tənhanın özəl günü (FOTOLAR)
    Gülağa Tənhanın özəl günü (FOTOLAR)
    Gülağa Tənhanın özəl günü (FOTOLAR)
    Gülağa Tənhanın özəl günü (FOTOLAR)
    Gülağa Tənhanın özəl günü (FOTOLAR)
    Gülağa Tənhanın özəl günü (FOTOLAR)
    Gülağa Tənhanın özəl günü (FOTOLAR)
    Gülağa Tənhanın özəl günü (FOTOLAR)
    Gülağa Tənhanın özəl günü (FOTOLAR)
    PAYLAŞ:

    Oxşar xəbərlər