“Rəsmi Tehran ABŞ-la danışıqlardan imtina edib” - Ruhani

“Rəsmi Tehran ABŞ-la danışıqlardan imtina edib” - Ruhani
  • Dünya / Manşet

  • İran prezidenti Həsən Ruhani rəsmi Tehranın hazırda ABŞ-la danışıqlara başlamaq niyyətində olmadığını açıqlayıb.

    Asiya.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

    “Danışıqların heç vaxtı deyil, indi müqavimət və dözümlülük vaxtıdır”, – Ruhani belə deyib.

    Onun sözlərinə görə, ABŞ 8 dəfə rəsmi olaraq danışıqlar barədə çağırış edib. H.Ruhani, həmçinin bildirib ki, hazırkı şərtlərlə İran və ABŞ arasında danışıqlar aparılması “doğru qərar” deyil. (ona.az)
    PAYLAŞ:

    Oxşar xəbərlər