Leyla Əliyevadan yeni şeir: “Mən elə sizəm”

Leyla Əliyevadan yeni şeir: “Mən elə sizəm”
  • SƏNƏT, Manşet

  • Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva "Mən elə sizəm” adlı şeirini "İnstaqram” səhifəsində izləyiciləri ilə paylaşıb.

    Asiya.az kult.az-a istinadən sözügedən şeiri təqdim edir:

    Mənə ağlayan gözləriniz olaydı,
    Məni sevən ürəyiniz,
    Mən elə sizəm, siz.

    Bir az da yaxşı baxsanız,
    görərsiniz məni üzünüzdə,
    gözünüzdə.
    Bir az da yaxşı sevsəniz
    Dönərsiniz mənə özünüz də.
    Mən elə sizəm, siz.

    Başqa ürəyimlə, başqa qayğımla,
    Başqa nəfəsimlə, başqa ağlımla
    Mən elə sizəm.

    Ağacların arasında durmuşdum
    Siz yanımdan keçəndə.
    Bəlkə ağaca oxşatdınız məni,
    bəlkə elə siz özünüz
    ağacsınız-
    yeriyən ağac?

    Bəlkə elə biz hamımız
    torpaqdan dikələn ağaclarıq,
    əl edirik yarpaq-yarpaq.
    Bəlkə elə siz də, mən də
    Heç bu ağac deyilik-
    bir parça göyük,
    bir ovuc torpaq.

    Mənə ağlayan gözləriniz olaydı,
    Məni sevən ürəyiniz-
    Mən elə sizəm, siz.

    Tərcümə: Kamal Abdullayev
    PAYLAŞ:

    Oxşar xəbərlər