Asiya.az xəbər verir ki, bu barədə Gürcüstan prezidenti Salome Zurabişvili Müstəqillik gününə həsr olunmuş tədbirdə çıxışında bildirib.
O deyib ki, sərhədlərin delimitasiyası işini yekunlaşdırmaq lazımdır: “Bu problemi həll etmək lazımdır. Bizim mehriban qonşuluq münasibətlərimizə və bölgədə sabitliyə heç nə mane olmamalıdır”.
S.Zurabişvili Gürcüstan və Azərbaycan arasında sərhədlə bağlı komissiyanın fəaliyyətinin bərpasını alqışladığını qeyd edib: “Ümid edirəm ki, yaxın gələcəkdə dövlətin maraqlarına uyğun müvafiq nəticə əldə olunacaq”.