Azərbaycan dünya birinciliyinə 2 atletlə yollanır

Azərbaycan dünya birinciliyinə 2 atletlə yollanır
  • İdman

  • İyunun 1-9-da Ficinin paytaxtı Suvada gənclər arasında ağır atletika üzrə dünya çempionatı keçiriləcək.

    Asiya.az-ın məlumatına görə, 51 ölkədən 311 atletin (161 oğlan və 150 qız) iştirak edəcəyi yarışda Azərbaycan yığma komandasının üzvləri də körpücük üzərinə çıxacaqlar.

    Ölkəmizi dünya çempionatında iki atlet təmsil edəcək. Bunlar qızlarda 55 kq çəki dərəcəsində Səbinə Əzimova, oğlanlarda isə 102 kq çəki dərəcəsində Əliş Nəzərovdur.
    PAYLAŞ:

    Oxşar xəbərlər