Dünyanın ən təhlükəli viruslarının olduğu noutbuk 1,3 milyon dollara satılıb

Dünyanın ən təhlükəli viruslarının olduğu noutbuk 1,3 milyon dollara satılıb
  • Maraqlı

  • Dünyanın ən təhlükəli kompüter viruslarının olduğu noutbuk incəsənət-obyekti kimi 1,3 milyon dollara satılıb.

    Asiya.az xarici mətbuata istinadən xəbər verir ki, hərrac rəssam Quo o Donqun "Persistence of Chaos" layihəsinin saytında translyasiya edilib.

    Qeyd edilir ki, 6 zərərverici proqrama malik "Samsung NC10-14GB" 10,2 düymlüdür. 2008-ci ildə istehsal edilmiş kompüterin virusları arasında "SoBig", "WannaCry" və "DarkTequila" kimi təhlükəli proqramlar olub.

    Kompüteri Nyu-Yorkdan olan alıcı alıb. Təhlükəli proqramların vura biləcəyi zərər bütün dünya üzrə 95 milyard dollar məbləğində qiymətləndirilir.

    Kompyuterdəki "WannaCry" virusu 2017-ci ilin mayında 150 ölkədən olan adi istifadəçilərin kompüterlərinə və şirkətlərin serverlərinə yayılıb.

    Qeyd edilir ki, hazırda satış dayandırılıb. Mayın 28-də layihənin saytındakı sifariş bölümünü doldurmaqla və pay yerləşdirməklə hərracın iştirakçısı olmaq mümkün idi.
    PAYLAŞ:

    Oxşar xəbərlər