Ağdamda şəhid olan Aqil Omarov mayor imiş

Ağdamda şəhid olan Aqil Omarov mayor imiş
  • Sosial / Manşet

  • Bu gün səhər saatlarında cəbhənin Ağdam rayonu istiqamətində düşmən təxribatı nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu Omarov Aqil Akif oğlu şəhid olub.

    Asiya.az məlumat verir ki, 1983-cü il təvəllüdlü Aqil Omarov mayor olub. O, Qax rayonunun Lələpaşa kəndinə yaşayıb.
    Tasmalı bələdiyyəsinin sədri Niyaz Həsənov Azvision.az-a bildirib ki, A.Omarov evli olub, iki oğlu yadigar qalıb.

    "Aqil Omarov Balakən rayonunda qeydiyyatda olsa da, daimi yaşayış yeri Lələpaşa kəndi idi. Hərbi rütbəsi mayordur. Ailənin 3 övladından biridr. Yaşca ən böyüyü Aqil idi".

    Bələdiyyə sədri qeyd edib ki, şəhidin cənazəsi sabah saat 09:00-da Lələpaşa kəndinə gətiriləcək, onunla vida mərasimi keçiriləcək. Şəhidin nəşi həmin kənddə torpağa tapşırılacaq.
    PAYLAŞ:

    Oxşar xəbərlər