Lerikin Çayrud kəndində vətəndaşlarla səyyar görüş-qəbul keçirildi

Lerikin Çayrud kəndində vətəndaşlarla səyyar görüş-qəbul keçirildi
  • Siyasət

  • Lerik Rayon İcra Hakimiyyəti başçısı Rövşən Bağırov 30 may 2019-cu il tarixdə rayonun Çayrud kəndində vətəndaşlarla səyyar görüş-qəbul keçirdi.

    Asiya.az xəbər verir ki, öncə rayon icra hakimiyyətinin başçısı görüş iştirakçılarını salamladı və qarşıdan gələn müqəddəs Ramazan bayramı münasibəti ilə təbrik etdi.
    Sonra natiq cənab Prezident rəhbərliyi altında son illər ölkəmizdən, o cümlədən rayonumuzda görülən işlərdən, cənab Prezidentin rayonumuza 4-cü tarixi səfərindən söhbət açdı.

    Çıxışında rayon icra hakimiyyəti başçısı cənab Prezidentin əhalinin sosial müdafiəsinə və rifah halının yüksəldilməsinə yönəldilmiş qərarlardan, o cümlədən minimum əmək haqlarının və pensiyaların, tələbələrin təqaüdlərinin, müharibə veteranlarına, şəhid ailələrinə verilən müavinətlərin əhəmiyyətli dərəcədə artırılmasından, məcburi köçkünlərin və şəhid ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasından, eyni zamanda problemli kreditlər sahəsində vətəndaşların maliyyə yükünün azaldılmasından və müavinətlərin artırılması istiqamətində həyata keçirilən tədbirlər barədə geniş məlumat verdi.

    Görüş-qəbulda 7 vətəndaş dinlənildi. Vətəndaşlar ərazinin avtomobil yollarının əsaslı təmirinə, ərazidə elektrik xətlərinin təmirinə və sipləşdirilməsinə, Çayrud kənd mədəniyyət evinin tikintisinə və digər problemlərin həllinə köməklik göstərilməsini xahiş etdilər.

    Səyyar görüş-qəbulda təklif və qaldırılan problemlərin icrasına nail olmaq məqsədilə görüləcək tədbirlər qeyd olundu. Qəbul zamanı qaldırılmış məsələlərin əksəriyyətinin Dövlət Proqramında icrasının nəzərdə tutulduğu bildirildi, digər məsələlərlə bağlı aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıqlar verildi.
    PAYLAŞ:

    Oxşar xəbərlər