Astarada narkotik tərkibli bitki yetişdirən şəxslər saxlanılıblar

Astarada narkotik tərkibli bitki yetişdirən şəxslər saxlanılıblar
  • Hadisə

  • Astara rayonunda narkotik tərkibli bitki yetişdirən şəxslər saxlanılıblar.

    Asiya.az bu barədə "Report"un Cənub Mərkəzinə istinadən bildirir ki, DİN Mətbuat xidmətinin Lənkəran regional qrupundan məlumat verilib.

    Məlumatda bildirilib ki, Astara Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində "Xaş-xaş 2019" tədbirlər planı çərçivəsində Astara RPŞ-nin əməkdaşları tərəfindən rayonun Ərçivan qəsəbəsinin sakini Elman Məmmədovun yaşadığı evin həyətindən 57 ədəd xaş-xaş bitkisi, Şahağacı kəndinin sakini əvvəllər məhkum olunmuş Yadigar Şükürovun yaşadığı evin həyətindən isə 13 ədəd çətənə bitkisi aşkarlanaraq götürülüb.


    Faktla bağlı araşdırma aparılır.
    Astarada narkotik tərkibli bitki yetişdirən şəxslər saxlanılıblar
    PAYLAŞ:

    Oxşar xəbərlər