Putin məşhur azərbaycanlı barədə SƏRƏNCAM İMZALADI

Putin məşhur azərbaycanlı barədə SƏRƏNCAM İMZALADI
  • Dünya

  • Rusiya prezidenti Vladimir Putin 40-dan çox hava limanının adının dəyişdirilməsi barədə sərəncam imzalayıb.

    Asiya.az Ria Novosti agentliyinə istinadən xəbər verir ki, onların arasında Vnukovo, Şeremetyevo və digər hava limanları da var.

    Moskvanın Vnukovo hava limanına təyyarəçi Andrey Tupolevin, Domodedovo hava limanına alim Mixail Lomonosovun, Şeremetyevo hava limanına şair Aleksandr Puşkinin, Surqut hava limanına azərbaycanlı geoloq Fərman Salmanovun adı verilib.

    Qeyd edək ki, 1978-1987-ci illərdə Tümen vilayətinin neft-qaz kəşfiyyatı idarəsi "Qlavtumengeologiyaya" rəhbərlik edən azərbaycanlı Fərman Salmanov, bölgədəki nəhəng neft və qaz yataqlarını kəşf edib. O, SSRİ Geologiya nazirinin birinci müavini işləyib.


    Putin məşhur azərbaycanlı barədə SƏRƏNCAM İMZALADI
    PAYLAŞ:

    Oxşar xəbərlər