“Rezin qız”: Hamı deyirdi ki, bu qızın valideyni hara baxır?! - FOTO

“Rezin qız”: Hamı deyirdi ki, bu qızın valideyni hara baxır?! - FOTO
  • Hərb

  • Budəfəki qəhrəmanımız səkkiz ildir gimnastika, beş ildir rəqslə məşğul olur. Modellik fəaliyyəti isə son dörd ili əhatə edir. Bu balaca qızı həmyaşıdlarından fərqləndirən cəhətlər bir deyil, iki deyil. Onu hətta “Rezin qız” da adlandırırlar.

    Asiya.az Oxu.Az-a istinadən 2006-cı ildə anadan olan, səkkizinci sinif şagirdi “Rezin qız”la müsahibəni təqdim edir:

    “Rezin qız” kimi tanınan Nəzrin Cavadlı 2015-ci ildə Almaniyanın Holf şəhərində keçirilən “Rudolf Nion Cup” gimnastika üzrə yarışmasında üçüncü yer, 2017-ci ildə “Azərbaycan açıq kuboku” adlı rəqs və bir çox digər müsabiqələrdə birinci yerə layiq görülüb.

    Eyni zamanda, Nəzrin bu il Azərbaycanda keçirilən rəqs üzrə çempionatda birinci yerə layiq görülüb. Bundan başqa, o, 2018-ci ildə “Little Miss and Mister Azerbaijan 2018” gözəllik yarışmasında “İlin ən yaxşı modeli” seçilib.
    “Rezin qız”: Hamı deyirdi ki, bu qızın valideyni hara baxır?! - FOTO


    - Bu qədər məşğuliyyət səni yormur?

    - Əslində, mane olur. Amma düşünürəm ki, bu məşğuliyyətlərim olmadan dayana bilmərəm.

    - Məktəbdə müəllimlərin çox məşğul olmağına irad bildirir?

    “Rezin qız”: Hamı deyirdi ki, bu qızın valideyni hara baxır?! - FOTO


    - Xeyr, elə ciddi problemlər yaşamıram. Bir az dərsə gecikmək, dərslərimi tamamlaya bilməmək istisna olmaqla, ciddi problem yoxdur (gülür). Təbii ki, əlimdən gələn qədər çalışıram ki, təhsildən geri qalmayım. Qarşıma qoyduğum məqsədlərim böyükdür. İtaliyada təhsil almaq istəyirəm. Bunun üçün çox çalışmalıyam.

    - Gimnastika, rəqs və modellik - bu üç sahənin sənin üçün mənası nədir?

    “Rezin qız”: Hamı deyirdi ki, bu qızın valideyni hara baxır?! - FOTO


    - Gimnastika ilə uşaq yaşlarımdan məşğul oluram. Əslində, bu, bir müalicə məqsədilə başlasa da, soradan çox sevdiyim məşğuliyyətim oldu. Daha sonra rəqslə məşğul olmağa başladım. Hətta deyərdim ki, gimnastika və rəqsin vəhdətində çox gözəl yeni bir forma kəşf etdik.

    Gimnastika ilə rəqsi birləşdirdim. Həmyaşıdlarım arasında bunu ilk olaraq mən etmişəm. Çox uğurlu alınıb. Bu sahədə müəllimlərim və anam ən böyük dəstəkçilərim olub. Modellik isə qeyri-adi şəkildə başladı.

    “Rezin qız”: Hamı deyirdi ki, bu qızın valideyni hara baxır?! - FOTO


    Bir neçə dəfə fotoqraflar mənə çox gözəl görünüşüm olduğunu dedilər. Anam isə cəhd etməkdə elə bir qəbahət görmədiyini bildirdi. O, internetdə gimnast qızların gözəl şəkillərinin paylaşıldığı hesabları izləməyə başladı. Sınadıq və ilk fotosessiyam çox gözəl alındı. Çoxsaylı səhifələr fotolarımı paylaşdı. Beləliklə, fotoqraflardan təkliflər aldım.

    - Gimnastikaya marağının xüsusi səbəbi varmı?

    - Bu sahədə kumirim belə var. Rusiyalı gimnast Marqarita Mamun. O, çox gözəl gimnastdır. Onun çıxışlarını çox sevirəm. Marina Durunda da onun kimi. Onlar kimi gözəl gimnast olmaq istərdim.

    - Rəqsə olan sevginin sirrini bizimlə bölüşə bilərsən?

    “Rezin qız”: Hamı deyirdi ki, bu qızın valideyni hara baxır?! - FOTO


    - Cenifer Lopezlə nə vaxtsa bir səhnədə rəqs etmək arzusu (gülür). Həyatımda, bəlkə də, ən böyük arzularımdan biridir onun klipində oynamaq. Nə vaxtsa onunla bir səhnədə hər hansı bir mahnı ilə rəqs etmək istərdim.

    - “Sovetski”də maraqlı fotosessiyan cəmiyyətdə kifayət qədər müzakirələrə səbəb olmuşdu. Bu barədə nə deyə bilərsən?

    “Rezin qız”: Hamı deyirdi ki, bu qızın valideyni hara baxır?! - FOTO


    - Mən o fotoları çox sevirəm. Qeyri-adi və maraqlı alınıb.

    Düzdür, şəkillər paylaşılanda çox pis sözlər yazırdılar. Sosial şəbəkələrdə şəkillərimin altından “bu, nə pozadır, uşağın valideyni hara baxır?”, “Bu qızın gələcəyi nə olacaq?” tərzdə neqativ rəylər yazırdılar. Anamla oxuyurdum, pis olurdum. Lakin anam mənə dəstək oldu və onların məni həvəsdən salmasına icazə vermədi.

    O insanlarla yanaşı, mənə dəstək olan və xoş sözlər yazan insanlar da çox idi. Mən daim irəliyə baxacam və gördüyüm işlərdən peşmanlıq duymayacam.

    - Yarışlarda çətinliklərin olur?

    - Əsas çətinliyim gimnastika üzrə yarışlara hazırlaşarkən olurdu. Müsabiqəyə bir ay qalmış dietaya başlayırdım. Demək olar ki, hava ilə qidalanırdım. Hər gün müəllimimiz bizim çəkimizi yoxlayırdı. Hətta 100-200 qram artıq çəki belə səhnədə nümayiş etdirəcəyimiz nömrənin keyfiyyət dərəcəsini azalda bilərdi. Daim eyni çəkidə qalmaq, çəkini qoruyub-saxlamaq çətindir.
    “Rezin qız”: Hamı deyirdi ki, bu qızın valideyni hara baxır?! - FOTO


    “Rezin qız”: Hamı deyirdi ki, bu qızın valideyni hara baxır?! - FOTO

    Bəzən ədalətsiz qərarlar çıxarılırdı. Amma buna baxmayaraq, mən həvəsdən düşmürdüm. Qatıldığım yarışlarda əksər hallarda birinci yerə layiq görülürdüm.

    - Fotosessiyalar, qalibiyyətlər həmyaşıdların arasında paxıllıq yaradıb?

    “Rezin qız”: Hamı deyirdi ki, bu qızın valideyni hara baxır?! - FOTO


    - Az qalırlar ki, məni gözləri ilə yesinlər (gülür). Ətrafımda elə insanlar var ki, onların gülüşündən, baxışından hiss edirəm ki, kinayə ilə, paxıllıqla baxır. Amma eləsi də var, gəlib təbrik edir, səmimi olduğunu hiss edirəm.

    Bəzən məni həvəsdən salmaq üçün çox sözlər deyirlər, müxtəlif misallar çəkirlər. Mən də bilirəm ki, hər zaman, hər işin daha yaxşısı var. Amma bunu mənə deyənlərin nə niyyətlə dediyini başa düşdüyüm üçün fikir vermirəm.

    - Valideynlərinlə münasibətin necədir? Ulduz xəstəliyi varmı?

    “Rezin qız”: Hamı deyirdi ki, bu qızın valideyni hara baxır?! - FOTO


    - Valideynlərim mənə dəstək olsa da, ən böyük iradları məhz onlardan eşidirəm. Xüsusilə anam. Elə bil mənə xoş söz desə, dünya dağılacaq (gülür). Ancaq irad tutur. “Bunu daha yaxşı edə bilərsən, tənbəllik edirsən” deyir. Münasibətlərimiz belə davam edir.

    - Gələk ən maraqlı məqama. “Rezin qız” ləqəbi necə yarandı? Niyə səni belə adlandırırlar?

    “Rezin qız”: Hamı deyirdi ki, bu qızın valideyni hara baxır?! - FOTO


    - Bir ara bu ləqəbə görə adımı unutmağa başlayırdım (gülür). Bu adı mənə ilk dəfə fotoqraf deyib. Çəkiliş zamanı çox elastik olduğumu dedi. Fotolarımı paylaşanda isə başlıq olaraq “Rezin qız” yazmışdı. Bundan sonra artıq mənə bu cür müraciət etməyə başladılar.

    - Sənət olaraq bu üç məşğuliyyət arasında seçim etmək məcburiyyətində qalsan, hansını seçərdin?
    “Rezin qız”: Hamı deyirdi ki, bu qızın valideyni hara baxır?! - FOTO


    - Düşünürəm ki, rəqsi seçərdim. Perspektiv baxımından xarici ölkəyə gedib orada yaşamaq və sənətimi inkişaf etdirmək istərdim.

    - Deyilənə görə, sən çay içmirsən.

    - Elədir. Çay içmirəm. Daha çox su içməyə üstünlük verirəm. Çayın dadı mənə çatmır. Siz onu necə içirsiniz?

    - Qida rasionun istədiyin qidalardır, yoxsa formada qalmaq üçün məcburən istehlak edirsən?

    - Əsasən, tərəvəz yeyirəm. Meyvə salatları, xüsusən banan, kivi sevirəm. Kəsmik, su daha çox yer tutur. Yəni “fast-food” yeyən insanlar görəndə təəccüblə baxıram. O qədər kalorini bir anda yeyirlər, onu bədəndən atmaq heç asan olmur, yəqin. Mən 100-200 qram artıq çəki alanda onu itirmək üçün əzab çəkirəm.

    - Reklam, kino təklifi alırsanmı?

    - Alıram. Sadəcə, bəzi şərtlərdə razılaşa bilmədiyimiz üçün anam imtina edib.

    - Bəlkə, pul məsələsində razılaşmamısan? Ola bilər?

    - Reklam təkliflərində olub, nə yalan deyim (gülür). Olub ki, fotosessiya üçün az məbləğ təklif ediblər, razılaşmamışıq.
    PAYLAŞ:

    Oxşar xəbərlər