Nazir müavini: "Bu günədək Azərbaycanın turizm..."

Nazir müavini: "Bu günədək Azərbaycanın turizm..."
  • İqtisadiyyat

  • Bu günədək Azərbaycanda turizm sahəsində çalışan subyektlərə İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu tərəfindən 45,5 mln. manat güzəştli kreditlər verilib.
    Asiya.az məlumatına görə, bu barədə Azərbaycanın iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov “Azərbaycanda turizmin inkişaf perspektivləri və bu sahədə fəaliyyət göstərən sahibkarların dövlətin güzəştli maliyyə resurslarına çıxış imkanlarının artırılması” adlı konfransda çıxışı zamanı bildirib.

    Onun sözlərinə görə, qeyd edilən məbləğ turizm sahəsində çalışan 200-dən artıq subyektə verilib: "Azərbaycanda turizmin inkişafı üçün yaradılan şərait ölkəyə gələn turistlərin sayının artmasına gətirib çıxarıb".

    Ölkədə tətbiq edilən güzəştlər və təşkil olunun çoxsaylı tədbirlər Azərbaycanı turistlər üçün cəlbedici edir.
    PAYLAŞ:

    Oxşar xəbərlər