Geyləşən Avropa, məhv olan ailə dəyərləri … –Qərb hara gedir?

Geyləşən Avropa, məhv olan ailə dəyərləri … –Qərb hara gedir?
  • Araşdırma

  • Niderlandiya dünyada bircinsli nikaha ilk dəfə icazə verdikdən 18 il sonra Avstriya bunun bu yaxınlarda qanuniləşdiyi sonuncu Avropa ölkələrindən biri olub.

    Asiya.az bildirir ki, nikah qaydasında dəyişiklik, dövlətin bircinsli cütlərə tam həcmdə nikaha hüquq verməyərək onların hüquqlarını tapdaladığı haqda 2017-ci ildə qərar çıxarmış Avstriya Ali Məhkəməsinin təşəbbüsü ilə 2019-cu il yanvarın 1-də edilib. Avstriya Avropada gey nikahları leqallşadıran sayca 17-ci yurisdiksiyadır.

    İngiltərə və Uels bu siyahıya birlikdə və Şotlandiya ayrıca daxildir, çünki Böyük Britaniyanın bu hissələri bircinsli nikahları iki ayrı-ayrı qanunvericilik aktları ilə qanuniləşdirib. Birləşmiş Krallığın tərkibinə daxil başqa bir ölkə – Şimali İrlandiya bircinsli nikahları qanuni saymayıb.

    Qərbi Avropada daha gözdəyən istisna Roma katolik kilsəsilə tarixən güclü əlaqəsi olan İtaliyadır. Buna baxmayaraq, İtaliya bircinsli nikahları 2016-cı ildə qismən qəbul edib. Bircinsli cütlər İsveçrədə də mülki ittifaqda yaşaya bilərlər.

    2017-ci ildə Pyu Araşdırma Mərkəzinin (Pew Research Center) sorğusuna qatılmış yaşlı respondentlərin çoxu, o cümlədən, təxminən, on italiyalıdan altısı və isveçlilərin dörddə üçü bircinsli nikahları dəstəkləyir. İsveçdə (88%), Danimarkada (86%) və Niderlandiyada (86%) dəstək daha genişdir.

    Buna qarı olaraq Mərkəzi və Şərqi Avropa əhalisi arasında belə praktikanın qəbuledilməzliyi geniş yayılıb. Məsələn, rusiyalıların yalnız 5%-i və ukraynalıların 9%-i bircinsli nikahların leqallaşmasını dəstəklədiyini deyir. Bu rəqəmlər Polşada (32%) və Macarıstanda (27%) yüksəkdir, amma fərq etməz, bircinsli nkah uğrunda olanlar azlıqda qalırlar. Çexiya Mərkəzi və Şərqi Avropanın sorğuya qatılmış 19 ölkəsindən yaşlı əhalinin çoxunun (65%) gey nikahlarını dəstəklədiyi yeganə ölkədir. Mərkəzi və Şərqi Avropanın heç bir ölkəsi – hətta Çexiya Respublikası da – bircinsli cütlərə qanuni nikah bağlamağa icazə vermir. Amma Çexiya, habelə Xorvatiya, Estoniya, Macarıstan və bölgənin bəzi baqşa ölkələri bircinsli mülki ittifaqa icazə verir. Yunanıstan Pravoslav Kilsəsinin etirazına baxmayaraq, Yunanıstan bu siyahını 2015-in sonunda bircinsli mülki ittifaqı tanımağa başlayanda tamamlayıb. Sloveniya da mülki ittifaqa icazə verir, ancaq yerli seçicilər 2015-ci il referendumunda tamdəyərli bircinsli nikahları leqallaşdırmağa qarşı səs veriblər. (İrlandiya isə əksinə, həmin 2015-ci ildə dünyada bircinsli nikahın ümumxalq səsverməsi nəticəsində qanuniləşdirildiyi ilk ölkə olub).

    Dünyanın bircinsli nikahların icazə verildiyi ərazi-dövlət qurumlarından yarıdan çoxu Avropada yerləşir, amma Tayvan bu yaxınlarda Asiyada bu siyahını tamamalayan ilk yurisdiksiya olub.

    Tərcümə Strateq.az.
    PAYLAŞ:

    Oxşar xəbərlər