Bakıda hündürmərtəbəli binada yanğın baş verib.

Bakıda hündürmərtəbəli binada yanğın baş verib.
  • Manşet / Olay / Asiya TV

  • Bakıda hündürmərtəbəli binada yanğın baş verib.

    Asiya.az Unikal.org-un əldə etdiyi məlumata istinadən xəbər verir ki, hadisə metronun Nizami stansiyasının yaxınlığında qeydə alınıb. Balababa Məcidov küçəsində yerləşən binanın 9-cu mərtəbəsində yanğın olub. Yanğının söndürülməsi üçün hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən maşınları cəlb olunub.

    Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, "112" qaynar telefon xəttinə, Bakı şəhərinin Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub. Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış ünvanına cəlb olunub. İlkin məlumata əsasən, yaşayış binasının 9-cu mərtəbəsində mənzil yanır.


    PAYLAŞ:

    Oxşar xəbərlər