“Deutsche Bank” Venesuelanın 20 ton qızılını müsadirə edib- Səbəb

“Deutsche Bank” Venesuelanın 20 ton qızılını müsadirə edib- Səbəb
  • İqtisadiyyat

  • “Deutsche Bank” Venesuelaya məxsus 20 ton qızılı müsadirə edib.

    Asiya.az bildirir ki, buna Karakasın 2016-cı ildə aldığı kreditin ödənişi üzrə maliyyə sazişinin şərtlərini yerinə yetirməməsi səbəb olub.

    Bildirilir ki, Venesuela 2016-cı ildə “Deutsche Bank”dan 750 mln. dollar məbləğində kredit alıb. Karakas girov qismində 20 ton qızıl qoyub.

    Saziş müddəti 2021-ci ildə başa çatmalı olsa da, Venesuelanın sazişin şərtlərinə əməl etməməsi, bankı müqaviləyə vaxtından əvvəl xitam verməyə məcbur edib və qızıl müsadirə olunub.
    PAYLAŞ:

    Oxşar xəbərlər