Dağıstanda körpü üstündəki maşınlarla birlikdə çökdü

Dağıstanda körpü üstündəki maşınlarla birlikdə çökdü
  • Olay

  • Dağıstanın Suntim rayonunda körpü üzərindəki 4 avtomobillə birlikdə çöküb.

    Asiya.az xəbər verir ki, “2019-cu il mayın 5-də saat 7:00-da Suntin rayonunun Bejta kəndində körpü kənd sakinlərinin park etdiyi 4 minik maşınının ağırlığına tab gətirməyərək dağılıb”,- deyə Dağıstan DİN-in məlumatında bildirilir.

    Hadisə baş verən zaman avtomobillərin sahibləri yaxınlığdakı məsciddə olublar.

    Avtomobillərə zərər dəysə də, heç kim xəsarət almayıb.
    PAYLAŞ:

    Oxşar xəbərlər