”Sahil Babayev Prezident İlham Əliyevin sərəncamlarına adekvat işləmir, əksinə ondan sui-istifadə edərək, milyonlar qazanır” – Fariz Quliyev

”Sahil Babayev Prezident İlham Əliyevin sərəncamlarına adekvat işləmir, əksinə ondan sui-istifadə edərək, milyonlar qazanır” – Fariz Quliyev
  • Siyasət / Manşet

  • Baş redaktor: "Redaksiyamıza daxil olan çoxsaylı şikayət məktublarını araşdırdığımız zaman, məhz bu qənaətə gəlmişik".

    Prezident İlham Əliyevin 1 mart 2019-cu il və 15 aprel 2019-cu il tarixdə imzaladığı müvafiq sərəncamlara əsasən, birinci qrup Qarabağ əlillərinin, anadangəlmə 1-ci qrup əlillərin baxıcıcılarına və müharibə veteranlarına, hər ay 50-80 manat təqaüdün verilməsi nəzərdə tutulur...

    Lakin Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevin korrupsiyalaşmış komandası, Prezident İlham Əliyevin sərəncamını nəinki yerinə yetirmir, hətta sərəncamdan ən yüksək səviyyədə bəhrələnir, onsuz da dolu olan xəzinələrini daha da doldururlar...

    Belə ki, nazirliyin yerli şöbələrində insanları göz görəsi aldadır, onları ələ salır və onları məcbur edirlər ki, sərəncamların tələblərindən irəli gəldiyi kimi, iki təqaüdü yox, yalnız birini seçsinlər. Məsələn, əgər bir vətəndaş həm birinci qrup əlildir, ona baxana baxıcı pulu düşür. Eyni zamanda o, həm də müharibə veteranıdır. O halda ona, prezidentin sərəncamlarından birini şamil edirlər ki, guya yalnız bir təqaüdü seçə bilər.

    Amma əslində elə deyil. Ümidsiz təqaüdçüləri aldadırlar. Çünki sərəncamda elə bir bənd göstərilməyib ki, vətəndaşa təqaüdlərdən yalnız biri şamil olunur. Azərbaycanda elə vəzifəli şəxslər və sadə insanlar var ki, həm veteranlıq, həm əlillik, həm əlilə baxıcılıq təqaüdləri alırlar. Təbii ki, əgər bu imtiyazlar ona şamil olunursa, o zaman niyə də almasınlar?!.

    Yerli rayon şöbələrini nazirliyin müdafiə etməsindən də belə çıxır ki, bu imtiyazlı şəxslərdən tutulan pullar şəxsən Sahil Babayeve çatır.

    Sahil Babayev də, sürətli varlanmaq naminə hətta Prezidentin sərəncamına qarşı çıxır və sələfi Səlim Müslümovun “ölənlərinə rəhmət oxutdurur”.

    Qarşı tərəfin əsaslı arqumenti olduğu halda, münasibətlərini dərhal dərc etməyə hazırıq.

    “Araz Media” Qrupunun Baş redaktoru Fariz Quliyev.

    PAYLAŞ:

    Oxşar xəbərlər