"Qarabağ" ispaniyalı futbolçu ilə müqavilə imzalayıb

"Qarabağ" ispaniyalı futbolçu ilə müqavilə imzalayıb
  • İdman

  • Ağdamın "Qarabağ" klubu futbolçusu Miçellə yeni müqavilə imzalayıb.

    Asiya.az klubun saytına istinadən xəbər verir ki, müqaviləsi başa çatan ispaniyalı yarımmüdafiəçi daha iki il əyalət təmsilçisinin formasını geyinəcək.

    Miçel geridə qalan mövsümdə ümumilikdə 36 oyunda meydanda olub, 8 qol və 5 məhsuldar ötürməylə yadda qalıb.

    2015-ci ildən “Qarabağ”da çıxış edən Miçel 144 oyunda 29 qol vurub, 4 dəfə Premyer Liqa, 2 dəfə isə ölkə kubokunun qalibi olub.

    Qeyd edək ki, Ağdam klubu bir müddət əvvəl Qara Qarayevlə də müqaviləni yeniləyib.
    PAYLAŞ:

    Oxşar xəbərlər