Seyid Taleh Boradigahi dini mövzuda animasiyaya çəkildi - VİDEO

Seyid Taleh Boradigahi dini mövzuda animasiyaya çəkildi - VİDEO
  • Maraqlı / Asiya TV

  • Azərbaycanda dini animasiya filmi çəkildi.

    Asiya.az xəbər verir ki, tanınmış məddah Seyid Taleh Boradigahi Azərbaycanda dini animasiya filmi ilə daha bir ilkə imza atıb.

    Belə ki, S.Taleh Boradigahinin «Bismillah» adlanan ilk dini animasiya filmi tez bir zamanda "Youtube" çoxsaylı izləyicilər tərəfində böyük rəğbətlə qarşılanıb.

    Emin Əliyevin rejissorluğu ilə ərsəyə gələn filmin əsas qayəsi hər bir işə və sözə, hətda yeməyə belə Allahın adı ilə - yəni "Bismillah”la başlayıb, "Əlhəmdülillah”la bitirməkdən ibarətdir.

    Körpələrin zehnini inkişaf etdirəcək gücə sahib olan «Bismillah» adlı cizgi filmə məddahın "Youtube" səhifəsində də xeyli rəy gəlib. Yazılan rəylərdən uşaqların bu filmə baxmaqdan xüsusi zövq aldıqları da məlum olur.

    Filmi izlərkən gəlinən nəticələrdən biri də insanı fərahlığa, doğruluğa, halallığa və sonsuz xoşbəxtliyə qovuşduran iman hissirdir.

    Emin Əliyevin rejissorluğu ilə ərsəyə gələn filmin əsas qayəsi ondan ibarətdir ki, hər sözə, hər bir işə, hətta yeməyə Allahın adı ilə, yəni "Bismillah”la başlayıb, "Əlhəmdülillah”la bitirmək lazımdır. Çünki bu, insanı fərahlığa, doğruluğa, halallığa və sonsuz xoşbəxtliyə qovuşduran imani sirdir. Filmi izlədikcə bir daha əmin olursan ki, dünyada heç nə təbiətin rəngləri, ilahi səsləri, gözəllikləri ilə əvəz oluna bilməz.

    S.Taleh Boradigahinin ifasında təqdim edilən «Bismillah» nəğməsinin sözləri İkrəm Əliyevə, musiqisi və aranjimanı Samir Şirinova məxsusdur.

    Filmin məsləhətçisi uşaq psixoloqu Samirə Muxtarovadır.


    PAYLAŞ:

    Oxşar xəbərlər