“Ronaldo məni “Yuventus”a dəvət etdi” - De Liqt

“Ronaldo məni “Yuventus”a dəvət etdi” - De Liqt
  • İdman

  • Hollandiya millisinin gənc futbolçusu Matteis De Liqt maraqlı açıqlama ilə gündəmə gəlib.
    Asya.az xəbər verir ki, “Ayaks”ın oyunçusu Portuqaliya yığmasının və “Yuventus”un ulduzu Kriştianu Ronaldonun onu Turin klubuna dəvət etdiyini bildirib.

    De Liqt Millətlər Liqasının finalından sonra Ronaldonun ona yaxınlaşdığını deyib: “Kriştianu oyundan sonra mənə yaxınlaşdı. “Yuventus”a keçib-keçməyəcəyimi soruşdu və məni ora dəvət etdi. Məyus halda ona nə cavab verəcəyimi bilmədim. Sadəcə gülümsədim”.

    Qeyd edək ki, Portuqaliya yığması finalda Hollandiyaya 1:0 hesabı ilə qalib gələrək Millətlər Liqasının qalibi olub.
    PAYLAŞ:

    Oxşar xəbərlər